Kamçatkada 50 ilin ən dəhşətli soyuqları ölümə səbəb oldu - FOTO
19 Yanvar 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
308
19.01.2026, 20:14
Onu bütün dünyada “Kremlin danışan dili” deyilir. Söhbət Rusiyalı siyasi nəzəriyyətçisi, tanınmış ictimai xadim, sosioloq və politoloq, “Beynəlxalq Avrasiya Hərəkatı”nın lideri Aleksandr Duqindən gedir.
Aleksandr Duqin emosiyyaları hansısa səbəbdən şahə qalxıb və o Azərbaycanın müstəqilliyinə dil uzadıb. “Moskva Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın müstəqilliyi ilə barışmamalıdır”.
Kremlin tapşırıqlarını qolu bağlı qul kimi şərtsiz yerinə yetirən qulluqçu təfəkkürlü, şovinist və eqoist rusiyalı rəsmi məmurların mənasız çağırışlarını ilk dəfə deyil ki, eşidirik. Duqin də saray xidmətçisi kimi onlardan biridir və xidmətkar qul təxəyyülü ilə yaşayanlar danışacaqları fikri heç vaxt sorğulamırlar, araşdırmırlar, sözün çəkisini, tutumunu, ağırlığını anlamaq istəmirlər. Çünki, nökərdirlər. Nə əmr edilirsə, nə deyilirsə, onu etməlidirlər.
Son 5-6 ildə Duqin kimi kələfin ucunu itirmiş bir çox şovinistlər Azərbaycan insanının nifrətini qazanmağı bacarıblar. Gəlin onları xatırlayaq.
1. Rusiyalı deputat Mixayil Delyagin 2022-ci ildə “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında çıxış edən deputat Delyagin həddini aşaraq Azərbaycanın neft sənayesini bombalamaqla hədələyib. Delyaginin sərsəmləməsini təsdiqləyən Kremlin “media tətikçisi” Olqa Skabeyeva da hədsizcəsinə Azərbaycana “çoxlu suallar”ın olacağını deyib.
2. Rusiya Federasiyasının Moskva Dövlət Beynəlxalq Münasibətlər institunun hərbi-siyasi tədqiqatlar mərkəzinin aparıcı eksperti, hüquq elmləri doktoru Mixail Aleksandrov 2022-ci ilin sonunda Azərbaycanla Rusiya arasında münasibətlərə xələl gətirməyə cəhd göstərərək "Azərbaycanın bütün neft sənayesinin, enerji sisteminin raketlərlə bombalanması və tamamilə məhv edilməli olmasını" bildirməklə açıq çağırışlar edib.
3. Kremlin əsas təbliğatçılarından biri, tele-aparıçı Vladimir Solovyov Azərbaycana qarşı sonuncu hədəsi ötən yayda baş verdi. O, “Soloviev Live” efirində Azərbaycanın guya Rusiya ilə toqquşacağı təqdirdə ciddi nəticələrlə üzləşəcəyini söyləyib:“Sizə elə gəldi ki, Rusiya zəifdir? Siz çox təəccüblənəcəksiniz. Əgər Azərbaycan hesab edirsə ki, onun arxasında Türkiyə dayanır və o, Dərbənd uğrunda döyüşə bilər… Yaxşı… Hazırda bizim yumşaq qarın bölgəmizdə baş verənlər həm də İranla birgə Xüsusi Hərbi Əməliyyat keçirmək üçün əsas kimi görünə bilər — NATO ölkələrinin dost olmayan təsirinə qarşı. Burada isə Böyük Britaniya və Fransa böyük rol oynayır. Və (təsir göstərənlər) hələ də nəyisə anlamayan ağılsızlardır”.
4. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin də ötən il Azərbaycanı hədələyib. Zatulin çıxışında qeyd edib ki, Dağlıq Qarabağda baş verən bütün hadisələr nəticəsində Azərbaycan başqa səviyyəyə çatıb və artıq Rusiya ilə münasibətlərdə o qədər də maraqlı deyil. Deputatın fikrincə, ölkə rəhbərliyi bundan dərin nəticə çıxarmalıdır:"Bu o demək deyil ki, biz də qışqırmağa başlamalıyıq və ya bazarlarımızda azərbaycanlı alverçilərə qarşı ümumi reyd təşkil etməliyik. Əksinə, biz Azərbaycanın daxili vəziyyətini diqqətlə düşünməliyik. Ermənistanda da baş nazir Paşinyanın xəyanətkar kursuna qarşı çıxanları dəstəkləməliyik".
Həmçinin oxuyun
5. Rusiyalı deputat Andrey Qurulyov ötən il özünün "Telegram" kanalında bəyan etdi ki, əgər Rusiyada piştaxtalarda Azərbaycandan gələn mal yoxdursa, o zaman bizim üçün heç nə dəyişməyəcək, amma onlar üçün çox şey dəyişəcək", - kimi ikibaşlı eyhamla fikirlər səsləndirmişdi. Onun fikrincə, Rusiya kimi böyük qonşu ilə münasibətləri korlamaq ağılsızlıqdır. Qurulyov qeyd etdi ki, Rusiyada azərbaycanlı sahibkarları da "çimdikləmək" mümkündür.(Təəssüf ki, Rusiya azərbaycanlı sahibkarları "çimdikləməkdə həddini aşdı.)
6. Kremlpərəst rusiyalı təbliğatçı Yuri Podolyak da sıradan qalmadı. O, Rusiyanın Azərbaycanla münasibətlərinin gərginləşməsini və Azərbaycanın neft sektorunda qüsur aşkarlanmasını birbaşa əlaqələndirərək, açıq şəkildə Bakıya mesaj göndərdi. O, bu qüsuru “tanrının qisməti” kimi izah etməklə yanaşı, Rusiyanın Azərbaycan siyasətindəki təzyiqini normal və qaçınılmaz bir proses kimi təqdim etdi. Podolyakın bu mövqeyi Kremlin informasiya təbliğatının yalnız daxili auditoriya üçün deyil, həm də Azərbaycana yönəlmiş strateji təzyiq vasitəsi olduğunu göstərdi.
Duqinin müxtəlif zamanlardakı açıqlamalarını
xatırladaq: Rus-erməni klubu olan “Qriboyedov”un üzvü Aleksandr Duqin Ermənistanın 1in.am saytına müsahibəsində deyib ki, Rusiya Azərbaycanla “başqa cür” danışmalı olacaq. Duqin bildirib ki, bunun səbəbi Azərbaycanın “Saakaşvili rejimi və Kiyev xuntası” ilə bir cəbhədə yer alıb Rusiyanın maraqlarına qarşı siyasət yürütməsidir.
2015-ci il
- Duqin:“Dağlıq Qarabağ münaqişəsini nə Azərbaycanın, nə də Ermənistanın xeyrinə həlli mümkün deyil. Türkiyənin isə bu konfliktə ümumiyyətlə, heç bir aidiyyəti yoxdur. Heç bir halda Rusiya-Türkiyə münaqişəsindən hansısa ölkənin regional maraqları naminə istifadə eləmək olmaz. Çünki Rusiya münaqişə tərəflərindən heç birini müdafiə eləməyəcək - biz həm ermənilərlə, həm də azərbaycanlılarla dostuq”.(Yəni, Qarabağ heç kimindir, yalnız Rusiya orada qərar verə bilər-red-ƏR)
Duqin qıpqırmızı şəkildə iddia edirdi ki, Rusiyanın əsas vəzifəsi Qarabağa konfliktinin qızışmasına imkan verməməkdir: “Əks halda bu, hamı üçün pis olacaq. Heç kim situasiyadan birtərəfli qaydada faydalanıb özünün regiondakı strateji mövqeyini yaxşılaşdıra bilməyəcək. Bu konflikt heç kimə lazım deyil, ona görə ki, ondan yararlanıb da müsbət nəticələr əldə eləmək mümkünsüzdür. Mən vəziyyətin mürəkkəbliyini və münaqişə tərəflərinin narazılığını başa düşürəm, ancaq Qarabağda status-kvonu dəyişməyə edilən istənilən hərbi cəhd regionda vəziyyəti yalnız daha da ağırlaşdıracaq və yeni qanlara gətirəcək, özü də heç bir yekun nəticə olmadan”.
2019-2020
Sonralar dəfələrlə özünü guya Azərbaycanı sevirmiş göstərsə də, 44 günlük Vətən Müharibəsində birmənalı Azərbaycanı dəstəkləsə də, əslində bu sevgi deyildi, ermənilərin Rusiyaya qarşı kəskin münasibətinə reaksiya olaraq Azərbaycan adı ilə onları qəzəbləndirmək, əsəbləşdirmək idi.
P.S.Guya Rusiya və Azərbaycan arasında imzalanan "Müttəfiqlik haqqında Bəyannamə" kimi sənədlər, iki ölkə arasında strateji tərəfdaşlıq və işbirliyini göstərir. Amma görünən odur ki, hegemon qonşumuz üçün heç bir sənədin önəmi yoxdur.
Mərhum Çeçenistan Prezidenti Cövhər Dudayev "ruslarla bağlanmış müqavilə suya yazılan yazı kimi" ifadəsi ilə Rusiya ilə olan sazişlərin etibarsızlığını və Rusiyanın yalançı təbiətini vurğulamışdı. Bu tip sazişləri onları aldatmağı bacaran "görünməz düşmən" kimi görürdü. Haqlıymış!
Əntiqə Rəşid
21:36 / 19 Yanvar 2026
1
21:26 / 19 Yanvar 2026
24
21:18 / 19 Yanvar 2026
21
20:57 / 19 Yanvar 2026
116
20:51 / 19 Yanvar 2026
396
20:44 / 19 Yanvar 2026
62
20:36 / 19 Yanvar 2026
108
20:31 / 19 Yanvar 2026
223
20:28 / 19 Yanvar 2026
44
20:21 / 19 Yanvar 2026
52
20:20 / 19 Yanvar 2026
59
20:14 / 19 Yanvar 2026
42
20:09 / 19 Yanvar 2026
41
20:04 / 19 Yanvar 2026
56
20:04 / 19 Yanvar 2026
116
19:54 / 19 Yanvar 2026
57
19:49 / 19 Yanvar 2026
44
19:39 / 19 Yanvar 2026
69
19:25 / 19 Yanvar 2026
100
18:59 / 19 Yanvar 2026
66
18:15 / 19 Yanvar 2026
78
18:10 / 19 Yanvar 2026
87
17:50 / 19 Yanvar 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.