Qaynar xətt:

(+99450) 247 90 86

Mədən çökdü: 43 fəhlə ölüb

Mədən  çökdü:  43 fəhlə ölüb

DÜNYA

645

29.06.2019, 10:05

\"\"  Konqo Demokratik Respublikasının (DRC) cənubunda yerləşən Lualaba əyalətində faciə baş verib.
APA “RİA Novosti”yə istinadla xəbər verir ki, qadağan olunmuş mədənin çökməsi nəticəsində 43 fəhlə dağıntılar altda qalaraq ölüb.
Hazırda vəfat edənlərin şəxsiyyəti müəyyənləşdirilir. Qeyd edək ki, mədəndə qeyri-qanuni fəaliyyətlə məşğul olan “Kamoto Copper Company” (KCC) şirkəti Lualaba əyalətində mis və kobalt hasilatı ilə məşğul olur.