Həmin görüş keçiriləcək
14 Noyabr 2026, 19:54
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
688
16.01.2026, 08:55
“Google” 13 yaşına çatmaq üzrə olan uşaqlara göndərdiyi elektron məktublara görə “uşaqları manipulyasiya etməkdə” və valideyn səlahiyyətlərini zəiflətməkdə ittiham edilib.
Oxu24.com xəbər verir ki, sözügedən məktublarda uşaqlara valideyn nəzarətini necə söndürə biləcəkləri barədə məlumat verildiyi bildirilir.
Mübahisə ABŞ-də fəaliyyət göstərən onlayn təhlükəsizlik təşkilatı – Rəqəmsal Uşaqlıq İnstitutunun prezidenti Melissa Makkeyin 12 yaşlı oğlunun aldığı elektron məktubu paylaşmasından sonra başlayıb.
“Google”dan göndərilən məktubda deyilir: “Ad günün yaxınlaşır. 13 yaşına çatdıqda hesabını yeniləyərək, daha çox tətbiq və xidmətə çıxış əldə edə bilərsən”.
Makkey bildirib ki, məktubda valideyn razılığı olmadan nəzarəti aradan qaldırmağa yönəlmiş keçidlər yer alıb. O, texnologiya nəhəngini sərt tənqid edib:
“Trilyon dollarlıq bir şirkət uşaqlara birbaşa müraciət edərək, onları valideyn nəzarətindən “məzun olmağa” hazır olduqlarına inandırır. “Google” valideynləri aradan qaldırılması lazım olan müvəqqəti maneə, öz platformalarını isə standart seçim kimi təqdim edir. Bu, uşaqların məlumat və mənfəət naminə manipulyasiya edilməsidir”.
Böyük Britaniyanın uşaqların müdafiəsi üzrə aparıcı qurumu NSPCC də xəbərdarlıq edərək bildirib ki, uşaqlara bu cür qərarları təkbaşına vermək hüququnun tanınması onları yanlış məlumatlara və riskli rəqəmsal mühitlərə qarşı daha həssas edə bilər.
Artan reaksiyalardan sonra “Google” nəzarət olunan hesablarla bağlı siyasətini dəyişəcəyini açıqlayıb. Şirkətin Məxfilik və Təhlükəsizlik üzrə rəhbəri Keyt Şarletin sözlərinə görə, 13 yaşına çatan uşaqlar valideyn nəzarətini söndürmək üçün artıq rəsmi valideyn razılığı almalı olacaqlar.
Şirkət bildirib ki, bu dəyişiklik qərarların ailə daxilində birgə şəkildə verilməsini təşviq edəcək və həm valideynlər, həm də yeniyetmələr özlərini hazır hiss edənədək nəzarət mexanizmləri qüvvədə qalacaq.
19:54 / 14 Noyabr 2026
1
19:50 / 14 Noyabr 2026
27
19:36 / 14 Noyabr 2026
527
19:15 / 14 Noyabr 2026
80
19:12 / 14 Noyabr 2026
86
19:05 / 14 Noyabr 2026
89
18:50 / 14 Noyabr 2026
84
18:43 / 14 Noyabr 2026
101
18:21 / 14 Noyabr 2026
662
18:09 / 14 Noyabr 2026
112
18:06 / 14 Noyabr 2026
480
18:03 / 14 Noyabr 2026
100
17:18 / 14 Noyabr 2026
187
17:15 / 14 Noyabr 2026
116
16:20 / 14 Noyabr 2026
126
16:05 / 14 Noyabr 2026
176
15:45 / 14 Noyabr 2026
133
15:27 / 14 Noyabr 2026
305
15:25 / 14 Noyabr 2026
149
15:07 / 14 Noyabr 2026
302
15:05 / 14 Noyabr 2026
148
14:44 / 14 Noyabr 2026
300
14:31 / 14 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.