Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş
15 Noyabr 2026, 01:10
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
769
03.01.2026, 13:54
Rusiyanın Zabaykalye əyalətində Rusiya vətəndaşlığını yenicə qəbul etmiş 3 azərbaycanlının sənədləri ləğv olunub.
Oxu24.com bildirir ki, bu barədə modern.az saytı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, həmin azərbaycanlılar sosial şəbəkələrdə Rusiya ordusunu nüfuzdan salmaqla bağlı fikirlər paylaşdığı üçün təzyiqlə üzləşiblər.
Yerli miqrasiya orqanları həmyerlilərimizi bölgədə yaşayan müəyyən miqrant qrupları arasında hərbi xidmətə mənfi münasibətə sövq etməkdə də ittiham edirlər.
Təhlükəsizlik orqanları vətəndaşlığı ləğv edilən azərbaycanlıları deportasiya etməyə hazırlaşır.
Qeyd edək ki, son dövrlər Rusiyada azərbaycanlılara qarşı təzyiqlərin artması açıq şəkildə müşahidə olunur. Soydaşlarımızın müxtəlif bölgələrdə sıxışdırılması, əsassız və absurd ittihamlarla üzləşməsi, hüquq-mühafizə orqanları tərəfindən təzyiqlərə məruz qalması artıq sistemli xarakter almağa başlayıb. Xüsusilə son aylarda miqrasiya qaydalarının sərtləşdirilməsi fonunda azərbaycanlıların sənədlərinin ləğv edilməsi, vətəndaşlıqdan məhrum olunması, kütləvi yoxlamalar, saxlanmalar və selektiv yanaşmalar narahatlıq doğurur. Bir çox hallarda irəli sürülən ittihamların hüquqi əsaslarının olmadığı, hətta bəzi hallarda açıq-aşkar siyasi və ya etnik motivlər daşıdığı iddia olunur.
Bəs bu proses nə qədər davam edə bilər?
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb. Politoloqun fikrincə, son hadisələr də açıq şəkildə göstərir ki, Rusiya hakimiyyətinin Azərbaycana və azərbaycanlılara münasibəti dəyişməyib:
"Əvvəlki kimi təzyiq, şantaj və qorxutma siyasəti davam edir, münasibətlərdəki sualların sayı azalmır. Bununla yanaşı, indi artıq Rusiyada yaşayan azərbaycanlıların sıxışdırılmasına da start verilib. Bir məsələ var ki, miqrantlara qarşı müəyyən təzyiqlər göstərilsin, başqa bir məsələ isə vətəndaşlığı olan azərbaycanlılara qarşı da bu cür təzyiq və basqıların tətbiq edilməsidir. Yekaterinburqda baş verən son hadisə də bunu açıq şəkildə sübut edir. Görünən odur ki, azərbaycanlılara qarşı məqsədli və sistemli bir siyasət yürüdülür. Digər etnik qruplara qarşı da oxşar təzyiqlər davam edir. Hətta müttəfiq və tərəfdaş adlandırdıqları ölkələrin miqrantları belə sıxışdırılmağa başlanıb".
Elxan Şahinoğlu qeyd edib ki, artıq Rusiya hakimiyyəti miqrant siyasətini “korrektə” edərək Hindistandan işçi qüvvəsi cəlb etməyə çalışır ki, bu da təsadüfi deyil "Bu isə onu göstərir ki, burada əsas məqsəd azərbaycanlıların və Mərkəzi Asiya ölkələrindən olan miqrantların sıxışdırılmasıdır. Lakin Rusiya hakimiyyəti bu siyasəti davam etdirdikcə, bunun iki ölkə arasındakı münasibətlərə də mənfi təsiri qaçılmaz olacaq. Xüsusilə Rusiya–Ukrayna müharibəsi fonunda Rusiyada şovinist ideologiyanın daha da gücləndiyi müşahidə olunur və məhz bu ideologiya çərçivəsində müəyyən milli qruplara qarşı açıq və gizli təzyiq siyasəti davam etdirilir. Bu yanaşma isə nə regional sabitliyə, nə də ikitərəfli münasibətlərin sağlam inkişafına xidmət edir".
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.