Latviya XİN rəhbəri Azərbaycan səfiri ilə görüşüb
09 Oktyabr 2026, 19:15
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
597
28.10.2025, 10:23
Rusiya Prezidenti Vladimir Putin 44 günlük müharibə zamanı Ermənistandan “İttifaq Dövləti”nə qatılmağı tələb edib.
Oxu24.com Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistanın “Respublika Naminə” partiyasının sədri Arman Babacanyan deyib.
Siyasətçinin fikrincə, 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentinin gülləbaran edilməsinin arxasında duran məqsəd Ermənistanın məhv edilməsi olub:
“Ötən 26 il ərzində biz həyatla ölümün sərhədində yaşamışıq - Ermənistan dövləti olmayacaqmı sualı ilə. Dövlətimizlə bağlı bir çox dramatik hadisələr birbaşa 27 oktyabr hadisələri ilə əlaqəlidir. 44 günlük müharibə də məhz 27 oktyabrın birbaşa nəticəsidir. Putin müharibəni dayandırmaq üçün Ermənistanın “İttifaq Dövləti”nin (əslində Rusiyanın) tərkibinə daxil olmasını tələb edirdi. 27 oktyabr hadisələri Ermənistanda vassallıq yaratmışdı”.
Xatırladaq ki, 1999-cu il 27 oktyabrda Ermənistan parlamentinin iclası zamanı Nairi Hunanyanın başçılıq etdiyi silahlı qrup binaya daxil olaraq atəş açıb. Hücum nəticəsində baş nazir Vazgen Sərkisyan, parlament sədri Karen Dəmirçyan və daha bir neçə yüksək vəzifəli şəxs öldürülüb.
27 oktyabr hadisələri Ermənistanın siyasi həyatında böyük böhran və hakimiyyət dəyişikliklərinə səbəb olub və Ermənistanda siyasi balansı dəyişib.
Hadisə “Vazgen–Karen” tandemini (hakimiyyətin ən güclü qüvvəsi) məhv etdi, Robert Köçəryanın hakimiyyətini gücləndirdi. Hadisə sonradan Ermənistan dövlətinə və Azərbaycanla “sülh danışıqlarında maraqlı olan loyal siyasi komanda”ya sui-qəsd kimi qiymətləndirilib.
19:25 / 09 Oktyabr 2026
7
19:20 / 09 Oktyabr 2026
23
19:15 / 09 Oktyabr 2026
26
19:08 / 09 Oktyabr 2026
35
18:59 / 09 Oktyabr 2026
38
18:50 / 09 Oktyabr 2026
38
18:46 / 09 Oktyabr 2026
42
18:35 / 09 Oktyabr 2026
59
18:22 / 09 Oktyabr 2026
76
18:21 / 09 Oktyabr 2026
53
18:10 / 09 Oktyabr 2026
68
17:55 / 09 Oktyabr 2026
75
17:47 / 09 Oktyabr 2026
90
17:39 / 09 Oktyabr 2026
105
17:36 / 09 Oktyabr 2026
386
17:23 / 09 Oktyabr 2026
80
16:59 / 09 Oktyabr 2026
112
16:55 / 09 Oktyabr 2026
123
16:40 / 09 Oktyabr 2026
78
16:34 / 09 Oktyabr 2026
558
16:28 / 09 Oktyabr 2026
108
16:19 / 09 Oktyabr 2026
98
16:17 / 09 Oktyabr 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.