KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
15 Noyabr 2026, 23:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
582
28.10.2025, 10:20
Macarıstan Baş nazirinin siyasi müşaviri Balaj Orban Politico-ya bildirib ki, Macarıstan Avropa Birliyi daxilində "Ukraynaya şübhə ilə yanaşan" ittifaq yaratmaq üçün Çexiya və Slovakiya ilə qüvvələrini birləşdirmək niyyətindədir.
Oxu24.com xəbər verir ki, nəşrin məlumatına görə, Viktor Orban Aİ liderlərinin görüşlərindən əvvəl mövqeləri əlaqələndirmək üçün Çexiya və Slovakiya Baş nazirləri Andrey Babiş və Robert Fiko ilə qüvvələrini birləşdirmək niyyətindədir.
Politico-ya görə, "siyasi ittifaq hələ formalaşmaqdan uzaq olsa da, onun yaradılması Aİ-nin Ukraynaya maliyyə və hərbi dəstək göstərmək səylərini əhəmiyyətli dərəcədə çətinləşdirə bilər".
Balaaj Orban alyansın perspektivləri barədə şərh verərkən deyib: "Düşünürəm ki, bu [ittifaqın yaradılması] baş verəcək və getdikcə daha çox nəzərə çarpacaq".
Oktyabrın əvvəlində Viktor Orban Ukraynanın Aİ-yə üzvlüyünün mümkün olmadığını bəyan etdi. O qeyd etdi ki, "ədalətli bir razılaşma Kiyevə icma ilə strateji tərəfdaşlıq təklif etmək olardı".
2022-ci ilin iyun ayında Ukrayna Aİ üzvlüyünə namizəd statusu aldı. 27 Aİ üzv dövlətinin liderləri bu qərarın lehinə səs verdilər və 2023-cü ilin dekabr ayında üzvlük danışıqlarına başlamaq qərarına gəldilər. Lakin Macarıstan Ukraynanın Aİ-yə tələsik qəbul edilməsinə qəti şəkildə qarşı çıxdı.
Daha əvvəl Finlandiya xarici işlər naziri Rusiyanın "imperiya hesablamalarında" dəyişiklik etməyə çağırmışdı.
Nigar
10:04 / 16 Noyabr 2026
38
09:57 / 16 Noyabr 2026
62
09:47 / 16 Noyabr 2026
80
09:37 / 16 Noyabr 2026
63
09:32 / 16 Noyabr 2026
53
08:54 / 16 Noyabr 2026
96
08:45 / 16 Noyabr 2026
98
08:42 / 16 Noyabr 2026
350
08:32 / 16 Noyabr 2026
91
08:21 / 16 Noyabr 2026
100
08:01 / 16 Noyabr 2026
107
00:08 / 16 Noyabr 2026
187
23:41 / 15 Noyabr 2026
228
23:35 / 15 Noyabr 2026
359
23:32 / 15 Noyabr 2026
163
23:07 / 15 Noyabr 2026
592
22:43 / 15 Noyabr 2026
1735
22:34 / 15 Noyabr 2026
212
22:24 / 15 Noyabr 2026
175
22:05 / 15 Noyabr 2026
1364
21:57 / 15 Noyabr 2026
793
21:37 / 15 Noyabr 2026
1717
21:07 / 15 Noyabr 2026
1732
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.