Türkmənistanda ilin əvvəlində paytaxt Aşqabadda rəngli avtomobillər qadağan edilmiş, sadəcə ağ rəngli maşınlara icazə verilmişdi. Bu qayda bütün ölkə ərazisinə aid edilməyə başlanılıb.
Oxu24.com xarici KİV-ə istinadən xəbər verir ki, qərardan sonra paytaxt sakinləri avtomobillərini bölgədə yaşayanlara satmağa başlamışdı. Ancaq hazırda ölkə əhalisi ağ boya axtarışındadır. Vətəndaşlar maşınlarını ağ rəngə boyamağa başlayıb. Həm boya, həm də boyama xidmətinin qiymətində kəskin artım müşahidə edilir. Son 2 ayda Birləşmiş Ərəb Əmirliklərindən gətirilən 4,2 kiloluq boyanın qiyməti 1,5 dəfə artıb. Boyama mərkəzləri Çin istehsalı ucuz rəngi də təklif edir.
1 avtomobilin boyanma qiyməti 18 min manat, yəni 5143 dollardır. Boyama prosesi 1 ay davam etdiyi üçün şəhərdəki taksi xidməti göstərən maşınlar fəaliyyətini dayandırıb və bir çox insan tək gəlir mənbəyini müvəqqəti olaraq itirib.
Qeyd edək ki, ağ rəng məcburiyyətinin səbəbi ölkə rəhbəri Qurbanqulu Berdiməhəmmədovun bəyazı sevməsidir. Bu rəng uğur rəmzi hesab edilir. Oxu24.com
ŞƏRHLƏR