Qaynar xətt:

(+99450) 247 90 86

Avropa İttifaqı “dron səddi” yaradır 

news/2025_09_12/dron_raket_rusiya_2025_1757694688.png

DÜNYA

1161

27.09.2025, 10:15

Avropa İttifaqı (Aİ) Rusiyanın hava məkanının pozulması və Danimarkada baş verən son dron insidentlərindən sonra pilotsuz uçuş aparatlarına qarşı müdafiə sisteminin yaradılmasını sürətləndirir.

 Oxu24.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Aİ-nin müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius açıqlayıb.

O bildirib ki, Aİ-yə üzv ölkələrin müdafiə nazirləri ilə keçirilən videokonfransda konsepsiyanın həyata keçirilməsinə razılıq əldə edilib. Konsepsiya dronların aşkarlanması, izlənməsi və zərərsizləşdirilməsinə imkan verən ən müasir texnologiyalardan ibarət müdafiə sisteminin yaradılmasını nəzərdə tutur.

Aİ qərar verib ki, şərq sərhədlərinin müdafiəsi üçün dronların aşkarlanması və zərərsizləşdirilməsi məqsədilə yeni, qabaqcıl texnologiyalardan istifadə edən ümumavropa müdafiə sistemi yaradılacaq.“Qafqazinfo”