BMT Ukraynadan bezib
16 Noyabr 2026, 18:05
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
723
23.09.2025, 14:39
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi BMT-nin baş katibi postuna namizədliyini irəli sürmək niyyətindədir.
Oxu24.com xəbər verir ki, o, bu barədə Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Fransanın AFP xəbər agentliyinə müsahibəsində bildirib.
O hesab edir ki, BMT hazırda çətin vəziyyətdədir və "hamı etiraf edir" ki, təşkilat artıq dünyada sülhü qorumaq missiyasını yerinə yetirmir.
Bununla belə, o, bunun dəyişdirilə biləcəyinə əminliyini ifadə edib.
Qrossi bəyan edib ki, MAQATE rəhbəri kimi təcrübəsi ona BMT-nin baş katibi vəzifəsinə namizədliyinə kömək edəcək.
O, "hamı ilə" dialoqu davam etdirməyə və "hamı üçün məqbul vasitəçi olmağa" çalışacağını bildirib.
BMT-nin Baş katibi namizədləri qabaqcadan seçən və təklif olunan istənilən namizədə veto qoya bilən Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Assambleya tərəfindən təyin edilir.
Texniki baxımdan, Baş katibin işləyə biləcəyi beş illik müddətlərin sayına heç bir məhdudiyyət yoxdur, lakin heç kim bu vəzifəni iki müddətdən artıq tutmayıb. Təşkilatın hazırkı, doqquzuncu rəhbəri Antonio Quterreşdir. O, vəzifəsinin icrasına 2017-ci il yanvarın 1-dən başlayıb.
Daha əvvəl bildirilmişdi ki, BMT-nin növbəti baş katibi ilk qadın ola bilər.
Nigar
21:52 / 16 Noyabr 2026
7
21:46 / 16 Noyabr 2026
36
21:35 / 16 Noyabr 2026
60
21:30 / 16 Noyabr 2026
470
21:24 / 16 Noyabr 2026
56
21:16 / 16 Noyabr 2026
59
21:01 / 16 Noyabr 2026
94
20:56 / 16 Noyabr 2026
84
20:54 / 16 Noyabr 2026
82
20:52 / 16 Noyabr 2026
140
20:46 / 16 Noyabr 2026
79
20:44 / 16 Noyabr 2026
472
20:34 / 16 Noyabr 2026
83
20:30 / 16 Noyabr 2026
77
20:19 / 16 Noyabr 2026
77
20:13 / 16 Noyabr 2026
142
20:07 / 16 Noyabr 2026
797
20:00 / 16 Noyabr 2026
150
19:55 / 16 Noyabr 2026
103
19:47 / 16 Noyabr 2026
101
19:40 / 16 Noyabr 2026
115
19:28 / 16 Noyabr 2026
109
19:18 / 16 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.