Quma bağlı mərkəzlər Azərbaycana qarşı hərəkətə keçdi
12 Oktyabr 2026, 13:26
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
606
23.09.2025, 12:15
Almaniyanın xarici işlər naziri Johann Wadephul İsrailin Qəzza zolağındakı hərəkətlərini tənqid edib və iki dövlətli həll yolunu dəstəklədiyini bildirib.
Oxu24.com xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı yazıb.
İsrail və Fələstinlilər arasında iki dövlətli həlli dəstəkləyən Fransa və Səudiyyə Ərəbistanının Nyu-Yorkda təşkil etdiyi BMT konfransında “Qəzza zolağındakı insanlar yer üzündə cəhənnəmi yaşayırlar”, ifadələri səsləndirilib.
Wadephul qeyd edib ki, bu uzun müddətdir davam edən münaqişə terrorla həll edilə bilməz və "nə qalib gəlmək, nə də idarə etmək mümkün deyil".
Nazir əlavə edib ki, Almaniya həmişə İsrailin varlığını və onun uzunmüddətli təhlükəsizliyini qətiyyətlə dəstəkləyəcək, “bəziləri hələ də sual altındadır”.
Almaniyanın xarici işlər naziri vaxt darlığına görə çıxışını tamamlaya bilməyib. Onun çıxışı iki dəqiqə ilə məhdudlaşdırılıb, bundan sonra mikrofonun səsi kəsilib.
Bundan əvvəl Axios mənbələrə istinadən xəbər vermişdi ki, İsrailin baş naziri Benyamin Netanyahunun Fələstin ərazilərini ilhaq etmək üçün ABŞ prezidenti Donald Trampdan yaşıl işıq gözlədiyini bildirib.
İsrail ordusu sentyabrın 16-da Qəzza zolağına qurudan hücumu genişləndirməyə başlayıb.
Bundan əvvəl Avropa İttifaqının xarici işlər naziri Kallas İsraildən Qəzzada əməliyyatı dayandırmağı tələb edib.
Nigar
13:40 / 12 Oktyabr 2026
1
13:30 / 12 Oktyabr 2026
56
13:26 / 12 Oktyabr 2026
40
13:21 / 12 Oktyabr 2026
48
13:13 / 12 Oktyabr 2026
80
12:55 / 12 Oktyabr 2026
1816
12:53 / 12 Oktyabr 2026
70
12:50 / 12 Oktyabr 2026
56
12:40 / 12 Oktyabr 2026
54
12:25 / 12 Oktyabr 2026
145
12:17 / 12 Oktyabr 2026
155
12:12 / 12 Oktyabr 2026
118
11:57 / 12 Oktyabr 2026
64
11:52 / 12 Oktyabr 2026
68
11:46 / 12 Oktyabr 2026
548
11:39 / 12 Oktyabr 2026
93
11:31 / 12 Oktyabr 2026
1075
11:27 / 12 Oktyabr 2026
109
11:24 / 12 Oktyabr 2026
152
11:18 / 12 Oktyabr 2026
1124
11:16 / 12 Oktyabr 2026
66
11:08 / 12 Oktyabr 2026
1351
11:05 / 12 Oktyabr 2026
281
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.