Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
12 Noyabr 2026, 13:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
621
13.09.2025, 09:40
İspaniya hökuməti ictimai sağlamlığı qorumaq məqsədilə siqaret və elektron siqaret istifadəsinə dair genişmiqyaslı məhdudiyyətlər nəzərdə tutan yeni qanun layihəsini təsdiqləyib.
Koalisiya hökumətinin təqdim etdiyi bu layihə həm yerli əhali, həm də ölkəyə gələn milyonlarla turist üçün mühüm dəyişikliklər gətirəcək.
Oxu24.com xəbər verir ki, yeni qanun layihəsi yalnız klassik siqaretləri deyil, elektron siqaretlər, nikotin kisəcikləri, bitki tərkibli tütün məhsulları, nargilə və tütün qızdırma cihazlarını da əhatə edir.
Bu məhsulların istifadəsi çimərliklərdə, idman meydançalarında, restoran və bar terrasları kimi açıq hava məkanlarında tamamilə qadağan olunacaq.
İspaniya Səhiyyə Naziri Monika Qarsia vurğulayıb: "Hər kəsin təmiz hava udmaq, daha uzun və sağlam yaşamaq haqqı var."
Lakin layihə restoran və bar sahibləri tərəfindən tənqid olunur. Onlar siqaret çəkən müştərilərin seçdiyi terras sahələrinin boş qalacağından narahatdırlar.
İspaniyada 2011-ci ildən qapalı məkanlarda siqaret çəkmək qadağandır. Yeni tənzimləmə isə bu qadağanı açıq məkanlara da yayaraq daha sərt qaydalar tətbiq edəcək. Layihə həmçinin tütün məhsullarının reklamı və satışına da daha ciddi nəzarət gətirir.
Qanun layihəsi parlamentdən keçdikdən sonra qüvvəyə minəcək və bu, həm yerli sakinlərin, həm də turistlərin gündəlik vərdişlərini dəyişəcək yeni bir dövrün başlanğıcı olacaq.
Rəsmi məlumatlara görə, hər il İspaniyada 50 mindən çox insan tütündən qaynaqlanan xəstəliklərdən həyatını itirir. Bu da gündə təxminən 137 ölüm deməkdir. (lent.az)
14:04 / 12 Noyabr 2026
1
13:59 / 12 Noyabr 2026
84
13:55 / 12 Noyabr 2026
33
13:45 / 12 Noyabr 2026
104
13:36 / 12 Noyabr 2026
139
13:29 / 12 Noyabr 2026
67
13:21 / 12 Noyabr 2026
76
13:20 / 12 Noyabr 2026
107
13:18 / 12 Noyabr 2026
270
13:16 / 12 Noyabr 2026
98
13:07 / 12 Noyabr 2026
304
13:04 / 12 Noyabr 2026
68
13:00 / 12 Noyabr 2026
68
12:40 / 12 Noyabr 2026
69
12:25 / 12 Noyabr 2026
102
12:05 / 12 Noyabr 2026
106
11:55 / 12 Noyabr 2026
108
11:50 / 12 Noyabr 2026
120
11:36 / 12 Noyabr 2026
95
11:35 / 12 Noyabr 2026
105
11:34 / 12 Noyabr 2026
157
11:31 / 12 Noyabr 2026
102
11:24 / 12 Noyabr 2026
549
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.