ABŞ İran qüvvələrinə ZƏRBƏ ENDİRİB
07 Noyabr 2026, 09:36
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
568
19.08.2025, 11:06
Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında ikitərəfli görüş üçün mümkün məkan kimi Cenevrəni təklif edib.
Oxu24.com xəbər verir ki, Fransa lideri bu barədə TF1 telekanalına müsahibəsində bildirib.
Makronun sözlərinə görə, 2019-cu ildə olduğu kimi Parisdə danışıqların keçirilməsindən söhbət gedə bilməz.
"Vəziyyət fərqli mərhələdədir, ona görə də neytral ölkə tapmaq lazımdır. Ola bilsin ki, İsveçrə, mən Cenevrənin tərəfdarıyam. Yaxud başqa ölkə olacaq. Sonuncu dəfə ikitərəfli məsləhətləşmələr Türkiyədə, İstanbulda olub", - o qeyd edib.
Makron həmçinin bildirib ki, Vaşinqtonda Avropa liderləri, ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenskinin iştirak etdiyi son görüşdə Rusiya ilə Ukrayna arasında ən yüksək səviyyədə birbaşa təmas perspektivi müzakirə olunub.
Onun sözlərinə görə, belə görüşdən sonra ABŞ-ın iştirakı ilə üçtərəfli format, daha sonra isə daha geniş çoxtərəfli görüş baş tuta bilər. Danışıqlarda, Fransa prezidentinin vurğuladığı kimi, həm Avropa ölkələri, həm də Türkiyə - "təhlükəsizliyi müharibənin nəticəsindən birbaşa asılı olanlar" iştirak etməlidir.
Xatırladaq ki, avqustun 18-də Belidə ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri arasında görüş keçirilib. Onların hamısı Ukraynada müharibənin dayandırılması məsələsini müzakirə ediblər.
Görüşdən sonra Tramp Rusiya lideri Vladimir Putinə zəng edərək Rusiya və Ukrayna prezidentləri arasında ikitərəfli görüş hazırlamağa başladığını açıqlayıb. Tramp əlavə edib ki, bundan sonra onun da iştirak edəcəyi üçtərəfli görüş baş tutacaq.
Nigar
Həmçinin oxuyun
15:02 / 07 Noyabr 2026
5
14:52 / 07 Noyabr 2026
166
14:47 / 07 Noyabr 2026
57
14:41 / 07 Noyabr 2026
112
14:36 / 07 Noyabr 2026
62
14:18 / 07 Noyabr 2026
107
13:57 / 07 Noyabr 2026
318
13:41 / 07 Noyabr 2026
671
13:27 / 07 Noyabr 2026
286
13:12 / 07 Noyabr 2026
104
13:03 / 07 Noyabr 2026
373
12:49 / 07 Noyabr 2026
105
12:45 / 07 Noyabr 2026
114
12:45 / 07 Noyabr 2026
103
12:36 / 07 Noyabr 2026
311
12:23 / 07 Noyabr 2026
119
12:16 / 07 Noyabr 2026
683
11:58 / 07 Noyabr 2026
322
11:53 / 07 Noyabr 2026
480
11:45 / 07 Noyabr 2026
138
11:35 / 07 Noyabr 2026
139
11:21 / 07 Noyabr 2026
116
11:11 / 07 Noyabr 2026
585
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.