Rusiyalı balet ustası Anastasiya Voloçkova "Rusiyanın Rekordlar Kitabı"na daxil edilib.
Oxu24.com ölkə.az-a istinadən bildirir ki, Voloçkova bu barədə İnstaqram səhifəsində məlumat verib.
"Mən həmişə zarafat edirdim ki, mənim şpaqatım Rusiyanın rekordlar kitabına düşməlidir. Bu gün bu baş verdi. Şpaqat rekord kitabına daxil edildi", - balerina yazıb.
Anastasiya əlavə edib ki, uzun illər bu bacarığı üzərində çalışıb və izləyicilərini də idmanla məşğul olmağa çağırıb. Bundan başqa Voloçkova bildirib ki, ünvanına səsləndirilən mənfi fikirlərə baxmayaraq, təslim olmaq fikrində deyil.
Qeyd edək ki, bir müddət əvvəl Voloçkova azərbaycanlı iş adamına 40 min dollar pul "atmışdı". Cütlük birlikdə yemək yedikdən sonra iş adamı ona intim təklif edib. Voloçkova isə bunun müqabilində 40 min dollar istəmişdi. Pulu alan balerina gecə ilə aradan çıxmışdı.
Oxu24.com
ŞƏRHLƏR