Kim Çen İnın beyin qanaması keçirdiyi və komada olduğu iddia edilir
19 Oktyabr 2026, 23:56
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
725
21.07.2025, 09:00
Kayserinin Melikqazi rayonunda yerləşən məsciddə ürəkağrıdan qətl hadisəsi baş verib.
Oxu24.com yerli mətbuata istinadən xəbər verir ki, hadisə zamanı bir şəxs namaz qılan tanışını boğazını kəsərək qətlə yetirib.
Hadisənin təhlükəsizlik kamerasına düşən görüntüləri isə ictimaiyyətə təqdim olunub.
Hadisə dünən günorta saatlarında Səlcuqlu məhəlləsində, Kocaali küçəsində yerləşən məsciddə baş verib. İddiaya görə, 32 yaşlı Y.Ş. daha öncə avtomobilin park edilməsi üstündə mübahisə yaşadığı 63 yaşlı Ş.T.-yə məsciddə namaz qılarkən hücum edib. O, Ş.T.-nin səcdədən qalxdığı anda arxadan yaxınlaşaraq boğazını bıçaqla kəsib.
Y.Ş., Ş.T.-ni bıçaqlamağa davam edərkən məsciddəki digər şəxslər müdaxilə edərək hadisə barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat veriblər. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Təcili tibbi yardım əməkdaşlarının apardığı ilkin müayinədə Ş.T.-nin həyatını itirdiyi müəyyən olunub. Onun cəsədi müayinə üçün xəstəxana morquna aparılıb.
Hadisəni törədən Y.Ş. polis tərəfindən saxlanılaraq bölməyə aparılıb. Orada aparılan ilkin istintaqdan və tibbi müayinədən sonra məhkəməyə göndərilib. Ş.T.-nin cəsədi isə məhkəmə-tibbi ekspertizasından sonra ailəsinə təhvil verilib.
00:26 / 20 Oktyabr 2026
48
00:19 / 20 Oktyabr 2026
72
23:56 / 19 Oktyabr 2026
77
23:45 / 19 Oktyabr 2026
71
23:40 / 19 Oktyabr 2026
70
23:36 / 19 Oktyabr 2026
91
23:36 / 19 Oktyabr 2026
89
23:34 / 19 Oktyabr 2026
77
23:30 / 19 Oktyabr 2026
92
23:30 / 19 Oktyabr 2026
109
23:27 / 19 Oktyabr 2026
73
23:26 / 19 Oktyabr 2026
90
23:24 / 19 Oktyabr 2026
265
23:20 / 19 Oktyabr 2026
85
23:16 / 19 Oktyabr 2026
76
23:10 / 19 Oktyabr 2026
76
23:04 / 19 Oktyabr 2026
74
23:03 / 19 Oktyabr 2026
75
22:25 / 19 Oktyabr 2026
150
22:22 / 19 Oktyabr 2026
80
22:11 / 19 Oktyabr 2026
95
22:06 / 19 Oktyabr 2026
261
21:37 / 19 Oktyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.