Qaynar xətt:

(+99450) 247 90 86

Fin əsgərlərinə müharibəyə hazırlaşarkən kompasdan istifadə etməyi öyrədirlər

Fin əsgərlərinə müharibəyə hazırlaşarkən kompasdan istifadə etməyi öyrədirlər

DÜNYA

297

03.06.2025, 19:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Finlandiya ordusunun polkovniki Matti Honkoya istinadən Business Insider (BI) xəbər verir ki, fin əsgərləri GPS sisteminin əlçatmaz ola biləcəyi hərbi münaqişələr üçün təlim keçirlər.

“Hərbçilərimiz düşmənçilik fəaliyyəti səbəbindən GPS-in əlçatmaz ola biləcəyi şəraitdə öz hərəkətlərində əmin olmaq üçün kağız xəritələr və kompaslar kimi ənənəvi naviqasiya vasitələrindən istifadə etmək üzrə təlim keçirlər”, - nəşr qeyd edir.

Eyni zamanda, Honko vurğulayıb ki, Finlandiya GPS-dən istifadədən imtina etmir. Əsgərlərə sadəcə məlumatları iki dəfə yoxlamaq tövsiyə olunur, çünki GPS nasazlığı şəraitində məlumat səhv ola bilər.

Mayın 27-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Finlandiya hərbi-siyasi elitaları Rusiya sərhədləri yaxınlığında keçirilən hərbi təlimlər fonunda “naməlum müharibəyə” hazırlaşır.

Bundan əvvəl politoloq NATO-nun Rusiyaya qarşı “davamlı təcavüz xətti”nin formalaşdığını açıqlamışdı.

Nigar