Qaynar xətt:

(+99450) 247 90 86

Yaralı itə NARKOZ VERDİLƏR: Görün nə baş verdi

2019-05/1558691455_photo_58989.png

DÜNYA

990

24.05.2019, 13:51

  Türkiyənin Maltepe rayonunda dəhşətli hadisə baş verib.
Oxu24.com  yerli mənbələrə istinadən xəbər verir ki, baytar xəsarət alan itin təcili əməliyyat edilməsinə qərar verib. İt narkozdan tam ayılmadan sahiblərinə təhvil verilib. Dəhşətlisi budur ki, narkozun təsiri keçəndən sonra ağrılar hiss edən it, sahiblərinə hücum edib. İt, anaya və onun qızına avtomobildə xəsarət yetirib. Sürücü dərhal nəqliyyat vasitəsini saxlayaraq, iti avtomobildən çıxarıb. Ətrafdakı kütlənin müdaxiləsindən daha da qəzəblənən it piyadalara da hücum edib. Ümumilikdə 3 nəfər xəsarət alıb. Onlardan biri xəstəxanaya yerləşdirilib.