Bu ölkədə yumurtalarla bağlı xəbərdarlıq: Yüzlərlə insan xəstəxanaya yerləşdirildi
19 Avqust 2026, 12:01
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
301
02.06.2025, 19:42
Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi “icazəsiz Həcc”ə qarşı aparılan yoxlamalar çərçivəsində 75 mindən çox insanın Həcc qaydalarını pozduqları üçün geri göndərildiyini açıqlayıb.
Oxu24.com xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın məlumatına görə, Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik Müdiri, general-leytenant Məhəmməd əl-Bəssami Məkkədə mətbuat konfransı keçirib.
Bassami, yaşayış icazəsi olan, lakin Həcc sənədi olmayan təxminən 270 min insanın Məkkəyə buraxılmadığını bildirib və 75 min 943 nəfərin Həcc qaydalarını pozduğu üçün geri göndərildiyini qeyd edib.
Bassami həmçinin 252 saxta Həcc təşkilatı, 1239 qeyri-qanuni daşıyıcı və 109 mindən çox icazəsiz nəqliyyat vasitəsi aşkar etdiklərini bildirib.
Səlahiyyətlilər, builki Həcc dövründə təhlükəsizliyi təmin etmək üçün pilotsuz uçuş aparatları, süni intellekt dəstəkli analiz sistemləri və müşahidə kameraları da daxil olmaqla qabaqcıl texnologiya sistemlərinin istifadəyə verildiyini açıqlayıb.
Dövlət Təhlükəsizliyi Prezidentliyinin Xüsusi Təyinatlı Qüvvələrinin komandanı general-leytenant Məhəmməd əl-Umri müqəddəs yerlərə icazəsiz girişin qarşısını almaq və izdihamın təhlükəsiz idarə olunmasını təmin etmək üçün bu il sahədə ətraflı planların həyata keçirildiyini bildirib. Mülki Müdafiə Baş direktoru general-mayor Hamud əl-Ferc bu il ilk dəfə olaraq yanğınsöndürmə və xilasetmə missiyaları üçün "Səkr (Həcc)" adlı xüsusi pilotsuz təyyarələrdən istifadə ediləcəyini açıqlayıb.
Pasportlar Departamentinin Baş direktoru general-mayor Salih əl-Murabba 2025-ci il həcc mövsümü öncəsi xaricdən gələn həcc namizədlərinin sayının indiyədək 1 milyon 475 mini keçdiyini açıqlayıb. Səudiyyə Ərəbistanı Kral Salmanın xüsusi qonaq proqramı çərçivəsində İordan çayının qərb sahilindən gələn ilk 500 nəfərlik zəvvar qrupunu, o cümlədən fələstinli şəhidlərin yaxınları, məhbuslar və yaralıları qarşılayıb. Proqram çərçivəsində ümumilikdə 1000 fələstinli zəvvar qəbul ediləcək.
Miri
16:38 / 19 Avqust 2026
1
16:19 / 19 Avqust 2026
28
15:59 / 19 Avqust 2026
49
15:56 / 19 Avqust 2026
40
15:54 / 19 Avqust 2026
61
15:45 / 19 Avqust 2026
58
15:36 / 19 Avqust 2026
70
15:30 / 19 Avqust 2026
61
15:11 / 19 Avqust 2026
67
15:10 / 19 Avqust 2026
63
14:50 / 19 Avqust 2026
60
14:49 / 19 Avqust 2026
70
14:44 / 19 Avqust 2026
82
14:30 / 19 Avqust 2026
77
14:24 / 19 Avqust 2026
65
14:18 / 19 Avqust 2026
180
14:15 / 19 Avqust 2026
72
14:05 / 19 Avqust 2026
54
13:59 / 19 Avqust 2026
70
13:45 / 19 Avqust 2026
65
13:37 / 19 Avqust 2026
68
13:30 / 19 Avqust 2026
58
13:10 / 19 Avqust 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.