Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib
17 Noyabr 2026, 21:38
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
296
02.06.2025, 17:51
Ukraynadakı münaqişənin Kiyev və Moskva arasında danışıqlar yolu ilə həlli o halda mümkündür ki, NATO-nun şərqə daha da genişlənməsindən imtina edilsin.
Oxu24.com xəbər verir ki, bunu TASS-a müsahibəsində amerikalı iqtisadçı, Kolumbiya Universitetinin (Nyu-York) Davamlı İnkişaf Mərkəzinin direktoru, professor Cefri Saks deyib.
Onun sözlərinə görə, Ukrayna münaqişəsi danışıqlar masası arxasında bitərsə, Qərb ölkələri Ukraynanın NATO-ya daxil olması ideyasından əl çəkəcək, çünki alyansın genişlənməsindən imtina sülh yolu ilə nizamlanması üçün zəruri şərt olacaq.
Münaqişə döyüş meydanında bitərsə, bu, çox güman ki, Ukrayna üçün məğlubiyyət olacaq və bu, istənilən halda ölkənin hərbi bloka qoşulması ideyasına son qoyacaq, Saks əlavə edib.
İyunun 2-də İstanbulun Çırağan sarayında Ukrayna böhranının nizamlanması üzrə danışıqların ikinci raundu keçirilib. Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə respublikanın Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerov başçılıq edib. Türkiyənin xarici işlər naziri Hakan Fidan müzakirələrə qatılaraq salamlama nitqi ilə çıxış edib. Görüş zamanı Ukrayna və Rusiya nümayəndələri Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə dair bir-birlərinə təklif olunan memorandumları müzakirə ediblər.
Bundan əvvəl Zelenski İstanbulda Rusiya və Ukrayna arasında aparılan danışıqların ilk nəticələrini açıqlamışdı.
Nigar
12:32 / 18 Noyabr 2026
1
12:28 / 18 Noyabr 2026
21
12:20 / 18 Noyabr 2026
42
12:15 / 18 Noyabr 2026
38
12:10 / 18 Noyabr 2026
69
12:03 / 18 Noyabr 2026
70
12:03 / 18 Noyabr 2026
383
11:49 / 18 Noyabr 2026
143
11:43 / 18 Noyabr 2026
78
11:39 / 18 Noyabr 2026
84
11:35 / 18 Noyabr 2026
89
11:32 / 18 Noyabr 2026
87
11:22 / 18 Noyabr 2026
436
11:19 / 18 Noyabr 2026
110
11:15 / 18 Noyabr 2026
89
11:13 / 18 Noyabr 2026
83
11:11 / 18 Noyabr 2026
634
11:08 / 18 Noyabr 2026
94
10:21 / 18 Noyabr 2026
100
10:18 / 18 Noyabr 2026
110
10:14 / 18 Noyabr 2026
107
10:01 / 18 Noyabr 2026
100
09:11 / 18 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.