Üçüncü Dünya müharibəsinin başlayacağı ölkəni göstərdi
13 Dekabr 2025, 18:02
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1207
25.05.2025, 09:13
Oxu24.com xəbər verir ki, Rusiyada keçirilən yeni ictimai rəy sorğusu Kreml üçün “ən böyük düşmənlər” və “ən yaxın dostlar” kimi qəbul edilən ölkələrin reytinqini ortaya çıxarıb. Nəticələr, Moskvanın beynəlxalq münasibətlərdəki prioritetlərini və ictimai baxışını aydın şəkildə nümayiş etdirir.
Ən böyük düşmənlər siyahısı:
1. Fransa – 48%
2. Böyük Britaniya – 42%
3. Almaniya – 41%
4. Ukrayna – 38%
5. ABŞ – 27%
Rusiyalıların yarısına qədəri Fransanı ən böyük təhlükə kimi görür. Avropa ölkələrinin siyahının önündə yer alması Qərblə münasibətlərdəki gərginliyi bir daha təsdiqləyir.
Burada müharibə apardıqları ölkənin -Ukraynanın düşmən siyahısında birinci olmaması da heyrət doğurur.
Ruslar üçün ən yaxın dostlar siyahısı:
1. Çin – 65%
2. Belarus – 41%
3. Hindistan – 26%
4. Şimali Koreya – 26%
5. İran – 16%
Xüsusilə Çin ilə münasibətlərdə ciddi sıçrayış qeydə alınıb – bu rəqəm 2022-ci illə müqayisədə 10 faiz bəndi artaraq 65%-ə çatıb. Şimali Koreyaya qarşı müsbət münasibətdə isə 22 faiz bəndi artım müşahidə olunub.
Analitiklər hesab edirlər ki, Rusiyanın Çini “ən yaxın tərəfdaş” kimi görməsi Qərbin sanksiyalarına qarşı alternativ güc mərkəzlərinin formalaşdırılması strategiyasına uyğun gəlir. Çin, Şimali Koreya və İranın ilk beşlikdə olması isə Qərblə açıq qarşıdurmaya girən ölkələrin Kreml üçün əsas dayaqlara çevrildiyini göstərir.
Diqqətçəkən bir detal: Azərbaycan və Cənubi Qafqaz siyahıda yoxdur
Həmçinin oxuyun
Qeyd etmək lazımdır ki, bu siyahılarda nə Azərbaycan, nə Ermənistan, nə də Gürcüstanın adı çəkilmir – yəni Cənubi Qafqaz ölkələri nə “dost”, nə də “düşmən” kateqoriyasına daxil ediliblər. Bu isə, xüsusilə də Azərbaycan baxımından müsbət hal kimi qiymətləndirilə bilər. Təyyarə faciəsindən aonra Bakı və Moskva arasında son illərdə rast gəlinməyən soyuqlaşma rus xalqına sirayət etməyib. Eyni zamanda, rus ictimai rəyi Ermənistanı da ən yaxın dost siyahısında görmür...
18:02 / 13 Dekabr 2025
1
17:43 / 13 Dekabr 2025
189
17:09 / 13 Dekabr 2025
39
16:55 / 13 Dekabr 2025
171
15:58 / 13 Dekabr 2025
60
15:47 / 13 Dekabr 2025
60
15:39 / 13 Dekabr 2025
76
15:08 / 13 Dekabr 2025
1924
14:50 / 13 Dekabr 2025
74
14:38 / 13 Dekabr 2025
108
14:28 / 13 Dekabr 2025
98
14:22 / 13 Dekabr 2025
87
14:12 / 13 Dekabr 2025
278
13:14 / 13 Dekabr 2025
1522
13:07 / 13 Dekabr 2025
1007
12:58 / 13 Dekabr 2025
744
12:16 / 13 Dekabr 2025
1183
12:08 / 13 Dekabr 2025
136
11:44 / 13 Dekabr 2025
91
11:30 / 13 Dekabr 2025
113
11:09 / 13 Dekabr 2025
983
11:07 / 13 Dekabr 2025
447
10:25 / 13 Dekabr 2025
1190
09:15 / 13 Dekabr 2025
913
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.