Makron evtanaziyanın leqallaşdırılması haqqında qanunu imzalayıb
19 Avqust 2026, 16:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
287
22.05.2025, 14:55
Siçanların insanlar üçün ölümcül təhlükə yarada biləcək bakteriyaları yaydığı araşdırmalar nəticəsində məlum olub.
Oxu24.com xəbər verir ki, Amerikada aparılan altı illik araşdırma Boston şəhərindəki siçanların insanlar üçün ölümcül ola biləcək leptospiroz bakteriyasını yaydığını üzə çıxarıb.
Tufts Universitetinin rəhbərliyi və ABŞ Kənd Təsərrüfatı Nazirliyi (USDA), Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) və Şimali Arizona Universitetinin əməkdaşlığı ilə aparılan araşdırma çərçivəsində 2016-2022-ci illər arasında Bostonun 17 fərqli nöqtəsindən toplanan 328 siçan nümunəsi təhlil edilib. Nəticədə siçanların böyrəklərində leptospiroz xəstəliyinə səbəb olan Leptospira bakteriyasına rast gəlinib. Nümunələrin 18 faizində bu bakteriyanın olduğu müəyyən edilib.
Araşdırma göstərib ki, bu bakteriya əsasən tropik bölgələrdə yayılıb, lakin iqlim dəyişikliyi ilə daha sərin bölgələrdə də yayılmağa başlayıb. Siçan sidiyi ilə su, torpaq və durğun sulara keçən bakteriya, həmin mühitlə təmasda olan insan və heyvanlarda yoluxma riski yaradır.
2018-ci ildə Boston şəhərində qeydə alınan yoluxma hadisəsində, xəstədən alınan bakteriya ilə eyni bölgədə tutulan siçanlardan götürülən bakteriya nümunələrinin genetik quruluşunun demək olar ki, eyni olduğu sübut edilib. Bu isə şəhər siçanlarının birbaşa infeksiya mənbəyi olduğunu təsdiqləyib.
Bundan əlavə, siçan böyrəklərindən alınan bakteriyalar laboratoriyada uğurla artırılıb. Tufts Universitetindən Dr. Marieke Rosenbaum bu nəticənin elmi ədəbiyyatda bir ilk olduğunu bildirib. Şimali Arizona Universitetindən Prof. Dr. Dave Wagner isə tətbiq olunan yeni DNT texnikalarının bakteriyanın şəhərdaxili yayılma yollarını dəqiq şəkildə izləməyə imkan verdiyini deyib.
Araşdırmada qeyd olunub ki, insanlar siçanlarla birbaşa tez-tez təmasda olmasa da, evsiz şəxslər və açıq havada narkotik istifadə edən insanlar daha yüksək risk altındadır. Dr. Rosenbaum, xəstəliyin əlamətlərinin çox vaxt yüngül keçdiyini, buna görə diaqnoz və qeydiyyat hallarının az olduğunu bildirib. Antibiotiklərlə müalicə nəticəsində simptomlar olmadan sağalma, bir çox yoluxmanın qeydə alınmadan keçməsinə səbəb olur.
Siçanların şəhərdaxili hərəkətləri də araşdırılıb. Bostonun müxtəlif bölgələrindəki siçan populyasiyalarının genetik baxımdan fərqli olduğu, hər məhəllədə fərqli bakteriya növünün yayıldığı və siçanların təxminən 600 metr məsafə qət edə bildiyi müşahidə olunub. Yaşıl sahələr və bioloji keçidlər siçanlar üçün keçid yolu rolunu oynayır, geniş yollar isə onların hərəkətini məhdudlaşdırır.
Dr. Rosenbaum şəhər mühitində siçanların tamamilə yox edilməsinin real olmadığını deyərək, siçan nəzarəti tədbirlərinin həm heyvanların sayı, həm də xəstəliklərin yayılması baxımından daha dərindən araşdırılmasının vacibliyini vurğulayıb.
Araşdırmanın nəticələri "PLOS Neglected Tropical Diseases" adlı elmi jurnalda dərc olunub və şəhərlərdə tətbiq ediləcək yeni ictimai sağlamlıq və siçanla mübarizə strategiyaları üçün mühüm qaynaq hesab edilir.
19:50 / 19 Avqust 2026
42
19:27 / 19 Avqust 2026
53
17:59 / 19 Avqust 2026
77
17:50 / 19 Avqust 2026
77
17:32 / 19 Avqust 2026
88
17:12 / 19 Avqust 2026
92
16:49 / 19 Avqust 2026
86
16:38 / 19 Avqust 2026
74
16:19 / 19 Avqust 2026
92
15:59 / 19 Avqust 2026
85
15:56 / 19 Avqust 2026
67
15:54 / 19 Avqust 2026
113
15:45 / 19 Avqust 2026
86
15:36 / 19 Avqust 2026
108
15:30 / 19 Avqust 2026
86
15:11 / 19 Avqust 2026
100
15:10 / 19 Avqust 2026
83
14:50 / 19 Avqust 2026
84
14:49 / 19 Avqust 2026
93
14:44 / 19 Avqust 2026
112
14:30 / 19 Avqust 2026
106
14:24 / 19 Avqust 2026
85
14:18 / 19 Avqust 2026
284
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.