Qaynar xətt:

(+99450) 247 90 86

Adanada baş verən yol qəzasında bir ailənin beş üzvü ölüb 

DÜNYA

192

02.04.2025, 19:50

Türkiyənin Adana vilayətində minik avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində bir ailənin beş üzvü ölüb.

Bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, vilayətin Kozan rayonunda baş verən nəqliyyat hadisəsində yaralanan 8 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.