Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya 81 xarici KİV-ə qadağa qoyub

DÜNYA

194

02.04.2025, 12:37

Ötən il Rusiya cavab tədbiri olaraq ilk dəfə olaraq xarici mediaya qadağa qoyub və bu qadağa 80-dən çox nəşrə təsir edib.

Oxu24.com   xəbər verir ki, bu barədə Rusiyanın baş prokuroru İqor Krasnov danışıb.

“İlk dəfə olaraq Rusiya KİV-lərinin xaricdə fəaliyyətinə qoyulan məhdudiyyətlərə cavab olaraq 81 xarici nəşrin Rusiya ərazisində fəaliyyətinə qadağa qoyulması barədə qərar qəbul edilib”, - Krasnov bildirib.

Rusiya ərazisində bu xarici resurslara giriş məhdudlaşdırılıb.

Keçən ilin payızında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Rusiya xarici medianın işinə nəzarət edəcək, onların əksəriyyəti saxta məlumatlardan istifadə etməkdən çəkinmir. O qeyd edib ki, Rusiya hakimiyyəti bu amili nəzərə alıb.

Sentyabrın 4-də məlum olub ki, ABŞ Maliyyə Nazirliyi RT telekanalına, kanalın baş redaktoru Marqarita Simonyana və onun müavinləri Anton Anisimov və Yelizaveta Brodskayaya qarşı sanksiyalar tətbiq edir.

Federasiya Şurası bir qədər əvvəl bəyan etmişdi ki, ABŞ mediasındakı şübhəli məlumatlar Rusiya ilə təmaslara mane olur.

Nigar