Putin: Ukraynanın zərbələri Rusiya ilə qarşıdurmada dönüş yaratmayıb
22 Avqust 2026, 20:40
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
393
02.04.2025, 10:57
ABŞ-ın yeni hakimiyyəti Kosta Rikanın keçmiş prezidenti (1986-1990, 2006-2010), Nobel Sülh Mükafatı laureatı (1987) Oskar Arias Sançesə verilmiş vizanı ləğv edib.
Oxu24.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı Sançesin özü açıqlayıb. O, naməlum göndəricidən e-poçt vasitəsilə bildiriş aldığını deyib.
Qeyd edək ki, Nobel mükafatçısı dəfələrlə ABŞ-ı tənqid edib. O, vizasının ləğvini şərh edərkən bunu yeni administrasiyanın tez-tez əl atdığı addım olduğunu vurğulayıb: "Düşünürəm ki, vizadan imtina modaya çevrilib. Bu, çox tez-tez istifadə olunan bir cəzadır. ABŞ-ın vizadan imtina etmək üçün öz səbəbləri olacaq. Necə olur ki, onlar başqa cür düşünənləri cəzalandırmaq istəyirlər?
Bu, demokratiya deyil, demokratiyadan başqa hər şey ola bilər: tənqid, fikir, söz, mətbuat azadlığı yoxdur". O, əlavə edib ki, onun vizası turist vizası olub və ABŞ-a səfər etmək fikri yoxdur.
Arias illərdir ABŞ-ın iqtisadi və ticarət siyasətinin və yüksək səviyyəli hərbi xərclərin ardıcıl tənqidçisi olub. Mətbuat konfransı zamanı o, ABŞ-ın "silah və qoşunlara əməkdaşıqdan 12 dəfə çox xərcləməsini" dəhşətli adlandırıb.
Oskar Arias 1987-ci ildə "Mərkəzi Amerikada sülh quruculuğu fəaliyyətinə görə" Nobel Sülh Mükafatına layiq görülüb. Elə həmin il o, "Zorakılıqsız Dünya" üçün Amerika Martin Lüter Kinq mükafatını alıb. Siyasətçi dünyanın 50-dən çox kollec və universitetinin fəxri doktorudur. /Musavat.com
02:23 / 23 Avqust 2026
34
22:37 / 22 Avqust 2026
83
21:49 / 22 Avqust 2026
140
21:35 / 22 Avqust 2026
95
20:40 / 22 Avqust 2026
103
20:15 / 22 Avqust 2026
131
20:14 / 22 Avqust 2026
104
19:59 / 22 Avqust 2026
74
19:48 / 22 Avqust 2026
118
19:33 / 22 Avqust 2026
111
18:55 / 22 Avqust 2026
180
18:26 / 22 Avqust 2026
96
18:21 / 22 Avqust 2026
117
13:55 / 22 Avqust 2026
119
13:36 / 22 Avqust 2026
746
13:34 / 22 Avqust 2026
117
13:31 / 22 Avqust 2026
119
12:55 / 22 Avqust 2026
124
12:55 / 22 Avqust 2026
108
12:35 / 22 Avqust 2026
99
12:34 / 22 Avqust 2026
137
12:15 / 22 Avqust 2026
99
11:59 / 22 Avqust 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.