Dneprə dron hücumu - Ölən və yaralananlar var
17 Aprel 2025, 12:18
Qaynar xətt:
(+99450) 247 90 86DÜNYA
1036
20.02.2025, 13:20
Sabah, fevralın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə Rusiya Müdafiə Nazirliyi ilə əlaqəli “Aviazapçast” ASC-nin sahibi Valeri Nikolayeviç Zaxarenkovun zərərçəkən olduğu cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək. Valeri Zaxarenkov Rusiya Federal Təhlükəsizlik Xidmətinin yüksək çinli zabitdir. “Aviazapçast” ASC ABŞ sanksiyaları altına düşən Rusiya şirkətlərindəndir. İş üzrə müttəhimlər kürsüsünə Fransa vətəndaşı olan Konstantin Kuçerlə Azərbaycanda daha çox Oleq Bakinski kimi tanınan Oleq Andreyeviç Krapivin çıxarılıb. Konstantin Kuçer xuliqanlıq və külli miqdarda dələduzluqda, Oleq Bakinski isə az ağır xəsarət yetirmə, xuliqanlıqda ittiham olunur.
Musavat.com xəbər verir ki, müttəhim Konstantin Kuçerə qarşı “Aviazapçast” Açıq Səhmdar Cəmiyyəti adından 1 milyon manat, “Promyshlennye Postavkı Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyəti adından isə 5 milyon 184 min manatlıq iddia qaldırıb. Valeri Zaxarenkov Konstantin Kuçerlə yanaşı, Oleq Bakinskiyə qarşı da mülki iddia verib. Zərərçəkən onların hər birindən 50 min manat tələb edir. Məhkəmə mülki iddiaları icraata qəbul edib. Hakim mülki iddialarla bağlı məhkəmənin sonunda qərar veriləcəyini açıqlayıb. Ötən prosesdə Konstantin Kuçer dövlət ittihamçısının suallarını cavablandırıb. Dələduzluq epizodu ilə bağlı sualları cavablandırarkən deyib ki, zərərçəkmiş Valeri Zaxarenkova məxsus şirkətlərlə mülki aviasiya avadanlıqlarının, hissələrinin alqı-satqısı ilə bağlı müqaviləsi olub. O, bu işlə 2017-ci ildə Fransada yaşadığı zamanlardan məşğul olduğunu bildirib. Deyib ki, İspaniyada həyat yoldaşının adına olan şirkət üzərindən aviasiya avadanlıqlarının, hissələrinin alqı-satqısı biznesi ilə məşğul olub. Ukrayna və digər ölkələrdən aviaavadanlıqlar, hissələr alaraq digər ölkələrə satıb. 2019-cü ildə isə Valeri Zaxarenkova məxsus “Aviazapçast” və “Promyshlennye Postavkı Kazakhstan”la müqavilələr bağlayıb. Onlara sifariş etdikləri aviahissələri tədarük edib. İttihamı qəbul etməyən Konstantin Kuçer dövlət ittihamçısının suallarını cavablandırarkən deyib ki, qarşı tərəf ABŞ sanksiyaları altına düşdüyündən onların sifariş etdikləri aviahissələri çatdırmaqla bağlı logistik problemlər yaranıb. Dövlət ittihamçısı konkret hansı aviahissələrdən söhbət getdiyini xəbər alıb. Konstantin Kuçerin vəkili bu sualın ittihama aidiyyəti olmadığını deməklə hakimdən çıxarılmasını xahiş edib. Hakim isə sualı çıxarmadan Konstantin Kuçerə cavablandırmasını tapşırıb. Kuçer deyib ki, Rusiya tərəfi əsasən təyyarələr üçün naviqasiya sistemlərini sifariş edib. Dövlət ittihamçısının həmin sistemlərin hərbi təyinatlı olub-olmamasına dair sualına Konstantin Kuçer mülki təyinatlı olmasını bildirib. Dövlət ittihamçısı növbəti dəfə dəqiqləşdirici sual verib və sifariş olunan naviqasiya sistemlərinin hərbi təyyarələrdə istifadəsinin mümkünlüyünü xəbər alıb. Konstantin Kuçerin vəkili növbəti dəfə suala etiraz edib, işin mahiyyətinə aidiyyəti olmadığını deyib. Hakim sualı çıxarmadan Konstantin Kuçerdən cavablandırılmasını istəyib. Kuçer deyib ki, həmin sistemlər əsasən “AN-132” təyyarələrində istifadə olunur. Həmin təyyarələr isə mülki təyinatlıdır. Onun sözlərindən bəlli olub ki, 2024-cü ilin iyulunda Valeriy Zaxarenkov barəsində hüquq-mühafizə orqanlarına şikayət edənə qədər münasibətləri normal olub. Zaxarenkov və onun şirkətlərinin nümayəndələri hər dəfə Bakıya gəlməzdən öncə onunla əlaqə saxlayıblar. O da hava limanına Valeri Zaxarenkov və onun şirkətlərinin nümayəndələrini qarşılamaq üçün maşın göndərib, Bakıda qalmaları üçün hotel rezervasiya edib. Hadisə baş verən gün isə Valeri Zaxarenkov ona zəng edib Bakıda olduğunu dedikdə buna təəccüb edib. Qəfil gəlişin səbəbi ona görüş zamanı bəlli olub. Konstantin Kuçer deyib ki, görüşdə Oleq Bakinskini Valeri Zaxarenkov və digərləri ilə birgə görəndə bir daha təəccüblənib. Bakinskinin “Aviazapçast” rəsmiləri ilə tanışlığının olmasından bixəbər olmasını onun özünə də deyib. Bildirib ki, Oleq Bakinskini əvvəldən tanıyır. Rusiyadan gələnlər isə heç zaman Oleqlə tanış olduqlarını bildirməyiblər. Söhbət əsnasında Valeri Zaxarenkov Konstantin Kuçerə ya pulları qaytaracağını, ya da sifarişlər üzrə malları çatdıracağını bildirib. Kuçer isə malların İspaniyada ABŞ sanksiyaları səbəbindən müsadirə edildiyini, pulların isə “Günay Bank”dakı hesablarda olduğunu, bankın da 2023-cü ildə bağlandığını, bu səbəbdən pulları çıxara bilmədiyini deyib. Valeri Zaxarenkovu dediklərinə inandırmaq üçün o, ofisdən kənarda olan, aviahissələrin sifariş olunmasına dair sənədləri, qəbzləri gətirmək üçün çıxıb. 5-10 dəqiqə sonra qayıtdıqda isə Zaxarenkovu orada görməyib. Dövlət ittihamçısının suallarını cavablandıran Konstantin Kuçer deyib ki, o, ofisə qayıdandan sonra orada hər hansı bir qarışıqlıq görməyib deyə Valeriy Zaxarenkovla Oleq Bakinski arasında hər hansı bir mübahisənin olmasını da bilməyib. Bundan sonra Valeri Zaxarenkov sərbəst ifadə verib. Deyib ki, 2019-cü ildə Konstantin Kuçer onun şirkətinə rəsmi qaydada müraciət edərək əməkdaşlıq təklif edib. Qısa araşdırmalardan sonra onunla əməkdaşlıq edib sifarişlər veriblər. İlk sifarişlər yerinə yetirilsə də, sonradan Konstantin Kuçer müxtəlif bəhanələrlə sifarişləri yerinə yetirməyib. Buna görə də “Aviazapçast” nümayəndələri, hüquqşünasları bir neçə dəfə Bakıya gəlib burada Konstantin Kuçerlə görüşüblər. Lakin Kuçer hər dəfə bir bəhanə edib və sifarişləri yerinə yetirməyib. Sifarişlərə görə onun şirkətinin hesabına köçürülən pulları da geri qaytarmayıb. Buna görə də onun özü məsələni araşdırmaq üçün Bakıya gəlib və Konstantin Kuçerlə görüşə gedib. Görüşdə Kuçer Oleq Bakinskini ona özünün şəriki kimi təqdim edib. Söhbəti onunla aparmalı olduğunu deyib. Valeri Zaxarenkovun bu sözləri Oleq Bakinskinin kəskin etirazına səbəb olub. Deyib ki, görüşə Valeri Zaxarenkovun istəyi ilə onunla birgə gedib. Hakim Oleq Bakinskiyə yerindən danışdığına görə xəbərdarlıq edib, Valeri Zaxarenkova isə ifadəsini davam etdirməsini tapşırıb. Zaxarenkovun sözlərindən məlum olub ki, orada Oleq Bakinski onu söyüb-təhqir edib, onunla sekslə məğlub olacağını bildirib. Bundan sonra isə stolun üstündəki su butulkalarını götürərək onun başına tərəf atıb. Həmin vaxt Konstantin Kuçer də su butulkalarını onun baş nahiyəsinə tərəf tullayıb. Əlləri ilə bir neçə butulkanı başına dəyməkdən yayındırsa da, biri alnına dəyib. Zərbənin təsirindən başı yarılıb deyə Sergey Styopin onu otaqdan çıxarıb.
Həmçinin oxuyun
Sonra xəstəxanaya gedib, orada alnına tikiş qoyulub. Oleq Bakinski Valeri Zaxarenkovu yalan danışmaqda ittiham edib. Bildirib ki, ofisdə görüş zamanı Valeri Zaxarenkov Konstantin Kuçerin ünvanına nalayiq söyüşlər işlədib. Həmin vaxt Kuçer ofisdə olmadığından o, Valeriy Zaxarenkovdan söyüş söyməməsini istəyib. O isə yenidən və daha kəskin söyüşlər söyüb və ayağa qalxaraq üzərinə yeriyəndə ayağı stola ilişib və yıxılaraq başından xəsarət alıb. Bundan sonra Sergey Styopin şahid qismində ifadə verib. Bildirib ki, məlum görüş çıx qısa bir müddətdə olub. Görüş zamanı Konstantin Kuçerlə Oleq Bakinski Valeri Zaxarenkovun başına butulka ilə xəsarət yetiriblər. O, Bakıya Konstantin Kuçerdən hesabına ödədikləri pulları almaq üçün gəldiklərini, bu alınmadıqda isə məhkəməyə müraciət etmək niyyətində olduqlarını bildirib. Deyib ki, ofisdə məlum insident yaşandıqdan sonra məhkəməyə müraciət etməyiblər.
13:59 / 17 Aprel 2025
Ailənin yeganı övladı idi,şəhid oldu — Adilsiz keçən 32-ci yaş...
5
13:45 / 17 Aprel 2025
Röyanın arxiv FOTOSU
71
13:42 / 17 Aprel 2025
26 kənddə qaz olmayacaq
19
13:09 / 17 Aprel 2025
Pensiyalarla bağlı VACİB XƏBƏR: 59 yaşından olacaq
253
12:38 / 17 Aprel 2025
3 şəhid dəfn olunacaq
33
12:18 / 17 Aprel 2025
Dneprə dron hücumu - Ölən və yaralananlar var
27
11:57 / 17 Aprel 2025
HİV-li xəstə ilə əlaqədə olan şəxs yoluxmamaq üçün nə etməlidir? — Həkimlə MÜSAHİBƏ
673
11:54 / 17 Aprel 2025
Van Damm Putinə müraciət etdi - “Sülh səfiri olmaq istəyirəm”
42
11:41 / 17 Aprel 2025
Bu il Xocavəndə ilk köç nəzərdə tutulur
41
11:27 / 17 Aprel 2025
Daha bir vəzifəli şəxs yağış sularında öldü
54
10:57 / 17 Aprel 2025
SON DƏQİQƏ! Çaydan meyitlər tapıldı
821
10:19 / 17 Aprel 2025
İlham Əliyev Çinin Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul edib
46
10:05 / 17 Aprel 2025
Ürəyiniz tez-tez belə yeməklər istəyirsə... - Diqqət!
49
09:50 / 17 Aprel 2025
Bu qərarlar ləğv olundu - Baş nazirdən qərar
401
09:50 / 17 Aprel 2025
Antibiotik səbəbindən çoxlu uşaq ölüb
57
09:40 / 17 Aprel 2025
Almaniya ilk dəfə xaricdə hərbi kontingent yerləşdirdi
49
09:30 / 17 Aprel 2025
Qızıl bahalaşdı
42
09:20 / 17 Aprel 2025
Komada olan aktyor vəfat etdi
55
09:10 / 17 Aprel 2025
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
47
09:00 / 17 Aprel 2025
Əfqan Sadıqov azadlığa buraxıldı
45
01:45 / 17 Aprel 2025
Qaradağda güclü külək yük maşınını aşırdı- VİDEO
95
23:51 / 16 Aprel 2025
Azərbaycan və İran arasında konsulluq məsləhətləşmələri keçirilib
86
22:33 / 16 Aprel 2025
Cinsi xəstəlik peyda olub: Yeyir bitirir
173
22:13 / 16 Aprel 2025
ABŞ bəzi Çin məhsullarına 245 % rüsum tətbiq edə bilər
97
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.