Türkiyədə ağır qəza: 18 yaralı var
19 Noyabr 2026, 22:14
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1208
19.02.2025, 11:21
Novinkiyə müsahibəsində Çexiyanın daxili işlər naziri Vit Rakuşan bildirib ki, Praqa Polşanın Avropa İttifaqına sədrliyi ilə birlikdə hazırda müvəqqəti müdafiədən istifadə edən ukraynalıların müharibənin “bitməsindən” sonra statusu ilə bağlı qərar üzərində işləyir.
Çexiya Daxili İşlər Nazirliyinin rəhbərinin qeyd etdiyi kimi, Praqa Ukraynada atəşkəs və ya müharibəyə hər hansı sonluq elan ediləcəyi təqdirdə ssenarilərə hazırlaşır. Belə olan halda, Çexiya ukraynalılara müvəqqəti status verməyi avtomatik dayandıracaq, lakin onlar hələ də müəyyən müddətə – məsələn, bir il və ya il yarım ölkədə qala biləcəklər. Amma bunun üçün onlar digər əcnəbilər kimi Çexiyada fərqli statusla yenidən qeydiyyatdan keçməlidirlər. “Biz Avropa İttifaqı Şurasına sədrlik edən Polşa ilə birlikdə bunun üçün sənədlər hazırlayırıq. Biz bunun yaxın aylarda tamamlanmasını istəyirik”, - deyə Rakusan bildirib.
Onun sözlərinə görə, Praqa və Varşava Polşanın sədrliyi dövründə, yəni iyunun sonuna kimi “təklifin təxmini variantını” hazırlamaq niyyətindədirlər, çünki qərar Aİ səviyyəsində qəbul edilməlidir.
Nigar
23:26 / 19 Noyabr 2026
42
23:22 / 19 Noyabr 2026
45
23:15 / 19 Noyabr 2026
52
23:15 / 19 Noyabr 2026
60
23:06 / 19 Noyabr 2026
112
23:05 / 19 Noyabr 2026
76
22:59 / 19 Noyabr 2026
76
22:47 / 19 Noyabr 2026
87
22:43 / 19 Noyabr 2026
320
22:35 / 19 Noyabr 2026
83
22:31 / 19 Noyabr 2026
70
22:14 / 19 Noyabr 2026
79
22:10 / 19 Noyabr 2026
101
22:03 / 19 Noyabr 2026
77
22:01 / 19 Noyabr 2026
79
21:51 / 19 Noyabr 2026
78
21:48 / 19 Noyabr 2026
174
21:45 / 19 Noyabr 2026
599
21:42 / 19 Noyabr 2026
80
21:29 / 19 Noyabr 2026
87
21:18 / 19 Noyabr 2026
414
21:13 / 19 Noyabr 2026
93
21:05 / 19 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.