Türkiyədə ağır qəza: 18 yaralı var
19 Noyabr 2026, 22:14
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
689
14.02.2025, 20:33
Böyük Britaniyanın xarici işlər naziri David Lammy deyib ki, ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə danışmaq istəyi “təəccüblü deyil”.
Oxu24.com xəbər verir ki,bu barədə “Reuters” yazır.
“Trampın Putinlə danışmaq istəməsi və o, həqiqətən də Zelenski ilə danışmaq istəməsi təəccüblü deyil, lakin bu məqamda söhbət sadəcə olaraq qalır”, o deyib.
Onun sözlərinə görə, ölkələr hələ də danışıqlar yolu ilə əldə edilən sülhdən uzaqdır.
Fevralın 13-də Britaniyanın keçmiş müdafiə naziri Qrant Şapps Trampla Putinin söhbətini şərh edərkən, Moskvanın özünü qalib kimi hiss edə biləcəyi bir dünyaya qarşı xəbərdarlıq edib. Onun fikrincə, danışıqlarda son sözü Ukrayna deməlidir. O hesab edir ki, potensial saziş ölkənin suverenliyini və ərazi bütövlüyünü tanımalıdır. Şapps əlavə edib ki, Rusiyaya ərazi güzəştlərini ehtiva edən istənilən nizamlanma Ukraynanın NATO-ya birbaşa və sürətli qoşulmasına qarşı balanslaşdırılmalıdır.
Fevralın 12-də Donald Tramp və Vladimir Putin danışıqlar aparıb və şəxsən görüşmək barədə razılığa gəliblər. Bu, Respublikaçıların ikinci müddətində iki dövlət başçısı arasında ilk rəsmi dialoqdur. Telefon danışığı 1,5 saat davam edib. Tramp Putinin ABŞ-a səfərini səbirsizliklə gözlədiyini bildirib və həmçinin liderlərin görüşünün Səudiyyə Ərəbistanında baş tuta biləcəyini deyib. Putin də öz növbəsində Trampı Moskvaya dəvət edib.
Miri
23:26 / 19 Noyabr 2026
42
23:22 / 19 Noyabr 2026
45
23:15 / 19 Noyabr 2026
52
23:15 / 19 Noyabr 2026
60
23:06 / 19 Noyabr 2026
112
23:05 / 19 Noyabr 2026
76
22:59 / 19 Noyabr 2026
76
22:47 / 19 Noyabr 2026
87
22:43 / 19 Noyabr 2026
320
22:35 / 19 Noyabr 2026
83
22:31 / 19 Noyabr 2026
70
22:14 / 19 Noyabr 2026
79
22:10 / 19 Noyabr 2026
101
22:03 / 19 Noyabr 2026
77
22:01 / 19 Noyabr 2026
79
21:51 / 19 Noyabr 2026
78
21:48 / 19 Noyabr 2026
174
21:45 / 19 Noyabr 2026
599
21:42 / 19 Noyabr 2026
80
21:29 / 19 Noyabr 2026
87
21:18 / 19 Noyabr 2026
414
21:13 / 19 Noyabr 2026
93
21:05 / 19 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.