Qaynar xətt:

(+99450) 247 90 86

Tayvanda ticarət mərkəzində partlayış- Ölənlər var

DÜNYA

492

13.02.2025, 15:09

Tayvanın Tayçunq şəhərində yerləşən “Shin Kong Mitsukoshi” ticarət mərkəzində güclü partlayış olub.

Oxu24.com  CNN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

İlkin məlumata görə, partlayış ticarət mərkəzinin 12-ci mərtəbəsində yerləşən restoranda qaz sızması nəticəsində baş verib.

Hadisə yerinə polis, təcili yardım və yanğınsöndürmə briqadaları cəlb edilib.