Kanada dövlət deyil - Tramp
25 Avqust 2026, 21:29
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
737
13.02.2025, 12:23
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) öz sıralarında Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) işləyən əməkdaşını ifşa edib.
Oxu24.com UNIAN-a istinadən xəbər verir ki, Rusiya xüsusi xidmət orqanları üçün işləyən Antiterror Mərkəzinin Baş İdarə rəisi polkovnik Dmitri Kozyura bu gün səhər saatlarında həbs edilib.
Təhlükəsizlik xidməti onun qanunsuz fəaliyyətinin 14 epizodunu sənədləşdirib.
UTX rəhbəri Vasili Malyuk Kozyuranın əməllərinin araşdırılması ilə məşğul olan əməliyyat-istintaq qrupuna şəxsən daxil olub və onun həbs əməliyyatına rəhbərlik edib.
Malyuk xüsusi əməliyyatın bütün mərhələləri barədə birbaşa Ukrayna Prezidenti Volodimir Zelenskiyə məruzə edib. Bildirib ki, UTX sözügedən polkovnik vasitəsilə uzun müddət düşmənə dezinformasiya ötürüb. Bu, ilk olaraq əks-kəşfiyyat tədbirləri, sonra isə cinayət işi çərçivəsində baş tutub.
Saxlanılan vəzifəli şəxs dövlətə xəyanət maddəsi üzrə ittiham olunacaq. Onu əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası gözləyir.

21:47 / 25 Avqust 2026
7
21:29 / 25 Avqust 2026
42
21:14 / 25 Avqust 2026
45
20:56 / 25 Avqust 2026
52
20:29 / 25 Avqust 2026
74
20:09 / 25 Avqust 2026
61
20:01 / 25 Avqust 2026
71
19:56 / 25 Avqust 2026
67
19:22 / 25 Avqust 2026
64
19:18 / 25 Avqust 2026
72
18:59 / 25 Avqust 2026
78
18:49 / 25 Avqust 2026
77
18:31 / 25 Avqust 2026
66
18:23 / 25 Avqust 2026
82
18:10 / 25 Avqust 2026
64
17:59 / 25 Avqust 2026
81
17:45 / 25 Avqust 2026
79
17:39 / 25 Avqust 2026
92
17:34 / 25 Avqust 2026
79
17:03 / 25 Avqust 2026
112
16:59 / 25 Avqust 2026
85
16:59 / 25 Avqust 2026
89
16:45 / 25 Avqust 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.