Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ-ın hələlik Avropada qoşun yerləşdirməsini dəyişmək planı yoxdur

ABŞ-ın hələlik Avropada qoşun yerləşdirməsini dəyişmək planı yoxdur

DÜNYA

392

11.02.2025, 21:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Pentaqonun rəhbəri Pete Hegseth bildirib ki, ABŞ hazırda öz qüvvələrinin Avropada yerləşdirilməsində hər hansı dəyişiklik etməyi planlaşdırmır. 

O, həmçinin qeyd edib ki, hazırda ABŞ-ın xaricdəki bazalarındakı qoşunlarının sayını azaltmaq planları yoxdur.

Bundan əlavə, Heqset ABŞ-ın Ukraynaya qoşun yeritmək niyyətində olmadığını vurğulayıb. Heqsetin Avropaya ilk xarici səfəri zamanı Ukraynaya hərbi yardım elan etməyəcəyi də qeyd edilib. Fevralın 11-də ABŞ prezidenti Donald Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bəyan edib ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyası tərəfindən təsdiqlənmiş Ukraynaya hərbi yardımlar hələ də Kiyevə çatdırılır.

Bundan əvvəl ABŞ ordusunun bir hissəsinin Estoniyada Rusiya ilə sərhədə yaxın ərazidə yerləşdirildiyi bildirilirdi.

 

Nigar