Türkiyənin iki vilayətində zəlzələ olub
25 Avqust 2026, 23:47
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
659
10.02.2025, 23:13
Son günlərdə Turan İnformasiya Agentliyinin yaydığı bir xəbər yenidən diqqət mərkəzinə düşüb. Agentlik Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin hansısa hesabatına istinad edərək, Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi təyyarəsinin 25 dekabrda Sankt-Peterburqa uçuşu zamanı xarici texniki müdaxiləyə məruz qaldığını və bu səbəbdən qəfil Bakıya geri qayıtdığını iddia edib.
Halbuki, reallıq tamamilə fərqli idi.
Məsələ burasındadır ki, həmin gün dövlət başçısına Rusiya hava məkanında olarkən Qroznıya uçan "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus J2-8243 reysinin qəzaya uğraması haqqında məruzə edilib. Prezident isə dərhal hadisənin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara göstəriş verərək geri qayıtmaq qərarına gəlib. Yəni, Turanın iddia etdiyi kimi, hansısa "radio-texniki problem" və ya "xarici müdaxilə" məsələsi gündəmdə olmayıb.
Maraqlıdır ki, bu cür saxta xəbərlər xaricdə fəaliyyət göstərən antimilli ünsürlər tərəfindən dərhal manipulyasiya olunaraq fərqli istiqamətə yönəldilir. Xüsusilə, "Azad Söz" adlı kanal və onun heç bir əxlaqi norma tanımayan rəhbəri Tural Sadıqlı bu kimi yalan məlumatları öz üslubuna uyğun şəkildə "bəsləyir" və ictimaiyyətdə çaşqınlıq yaratmağa çalışır.
Dövlət başçısının hadisəyə dərhal reaksiya verməsi, nəzarəti öz üzərinə götürməsi və prosesi birbaşa diqqətdə saxlaması, onun ölkə rəhbəri kimi prinsipial mövqeyini bir daha təsdiqlədi. Bunu inkar etmək mümkün deyil.
Əslində, Turan İnformasiya Agentliyi artıq bir müddətdir ki, Azərbaycan dövlətinə qarşı qərəzli informasiya siyasəti yürüdür.
Agentliyin yaydığı yalan və pozucu məlumatlar eyni zamanda həmin məlumatların xaricdəki bəlli dairələr tərəfindən dərhal tirajlanması heç də təsadüfi deyil.
Məsələn, "Rossotrudniçestvo"Azərbaycandakı nümayəndəliyi "casus yuvası" elan olunur, amma Turan Agentliyi bu məsələni araşdırmaq əvəzinə Azərbaycanın əks-kəşfiyyat orqanlarını hədəfə alır. Bu, bir daha göstərir ki, Turan müəyyən dairələrin əlində bir alətə çevrilib və açıq şəkildə Azərbaycana qarşı informasiya savaşı aparır.
Məsələ ilə bağlı araşdırmalar aparılır və çox güman ki, yaxın zamanlarda bu manipulyasiyaların arxasında kimin və ya kimlərin dayandığı barədə daha dəqiq məlumatlar ictimaiyyətə təqdim ediləcək.
Lakin ortada olan fakt budur ki, həm Turan, həm də onun xaricdəki havadarları milli maraqlara qarşı sistemli şəkildə fəaliyyət göstərir və Azərbaycan cəmiyyətində süni gərginlik yaratmaq üçün məqsədli şəkildə yalan informasiyalar yayırlar.
Azərbaycan dövləti isə hər zaman olduğu kimi, bu cür təxribatların qarşısını qətiyyətlə almağa davam edəcək.
23:47 / 25 Avqust 2026
126
23:01 / 25 Avqust 2026
166
22:30 / 25 Avqust 2026
163
22:26 / 25 Avqust 2026
69
21:47 / 25 Avqust 2026
67
21:29 / 25 Avqust 2026
73
21:14 / 25 Avqust 2026
76
20:56 / 25 Avqust 2026
78
20:29 / 25 Avqust 2026
92
20:09 / 25 Avqust 2026
72
20:01 / 25 Avqust 2026
83
19:56 / 25 Avqust 2026
78
19:22 / 25 Avqust 2026
68
19:18 / 25 Avqust 2026
76
18:59 / 25 Avqust 2026
87
18:49 / 25 Avqust 2026
81
18:31 / 25 Avqust 2026
69
18:23 / 25 Avqust 2026
86
18:10 / 25 Avqust 2026
72
17:59 / 25 Avqust 2026
85
17:45 / 25 Avqust 2026
87
17:39 / 25 Avqust 2026
100
17:34 / 25 Avqust 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.