Türkiyənin iki vilayətində zəlzələ olub
25 Avqust 2026, 23:47
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
848
10.02.2025, 15:17
Məlum olduğu kimi, fevralın 5-dən Rusiyada miqrantlarla bağlı qaydalar bir qədər də sərtləşdirilib. Daxili işlər orqanlarının əməkdaşlarına əcnəbilərin ölkədən inzibati qaydada çıxarılmasına dair səlahiyyətlər verilib, eləcə də miqrantlarla bağlı xüsusi miqrasiya reyestri işə salınıb. Rusiyada çox sayda azərbaycanlı miqrantın olduğunu nəzərə alsaq, sözügedən tədbirlər çərçivəsində bu ölkədə olan həmyerlilərimizin də ayrı-ayrı hüquq və azadlıqlarının məhdudlaşdırılmasının qaçılmaz olacağı aydındır.
Oxu24.com xəbər verir ki, Rusiyada əcnəbilərə, xüsusilə də azərbaycanlılara qarşı təzyiqlər yalnız miqrantarla kifayətlənmir. Belə ki, son günlərdə Rusiyada yaşayan və artıq bu ölkənin vətəndaşı olan azərbaycanlılar da hədəf obyektinə çevrilib. Üstəlik, həmyerlilərimizə qarşı çağırışlar ölkənin yüksəkvəzifəli məmurları tərəfindən rəsmi, qanunverici orqanlarda səsləndirilir.
Siyasi şərhçi Elxan Şahinoğlu da sosial şəbəkə hesabında rusiyalı deputatların azərbaycanlıların Rusiyadan qovulması çağırışları ilə bağlı paylaşım edib. O bildirib ki, rusiyalı parlamentarilər hətta “azərbaycanlıların diaspora təşkilatlarını dağıtmaq lazımdır” kimi ifadələr səsləndirir: “Bu arada, Rusiyadakı azərbaycanlı biznesmenləri də hədəf göstərir, Araz Ağalarov və Qod Nisanov kimi tanınmış iş adamlarına problem yaratmağı Kremlə “məsləhət” görürlər. Halbuki Rusiyadakı azərbaycanlı iş adamlarının mütləq əksəriyyəti yaşadıqları ölkənin vətəndaşlarıdır, Rusiya pasportunun daşıyıcılarıdır. Azərbaycan əleyhinə danışan Rusiya Dövlət Dumasındakı deputatların əksəriyyəti bu ölkənin hakim partiyasının üzvləridir. Deməli, elə Kremldəkilər də bunlar kimi düşünürlər. Bu kimi açıqlamaların ardınca, azərbaycanlı miqrantlara qarşı zorakılıq hallarının artacağını proqnozlaşdırmaq olar, hətta Rusiyadakı şovinist qüvvələrin yatmış hücrələrdən çıxaraq təxribatlara əl atacaqları da istisna deyil. Bütün bunlar ona görə baş verir ki, Kreml raketlə vurulan təyyarəyə və öldürülən insanlara görə məsuliyyət daşımaq istəmir”.
Rusiya Siyasi Tədqiqatlar İnstitunun direktoru Sergey Markov isə İTV-yə açıqlamasında bu çağırışların siyasi dairələrdən gəldiyini, əhalinin əksəriyyəti tərəfindən dəstəklənmədiyini vurğulayıb: “Rusiyada Azərbaycanəsilli iş adamlarının bizneslərinə qarşı hücumlarla bağlı çağırışlar Rusiya əhalisinin əksəriyyəti tərəfindən dəstəklənmir. Çoxları gözəl başa düşür ki, Rusiyada millətlərarası ədavəti qızışdırmağa imkan vermək olmaz. Əksəriyyət yaxşı başa düşür ki, Azərbaycan Rusiyaya yaxın, dost ölkədir. Rusiyanın bu ölkə ilə çoxillik dostluq və qonşuluq münasibətləri var. Hakimiyyəti təmsil edən insanlar anlamalıdırlar ki, milli zəmində Rusiya vətəndaşlarına qarşı repressiyalara çağırışlar ölkə qanunlarının kobud şəkildə pozulması deməkdir”.
23:47 / 25 Avqust 2026
126
23:01 / 25 Avqust 2026
166
22:30 / 25 Avqust 2026
163
22:26 / 25 Avqust 2026
69
21:47 / 25 Avqust 2026
67
21:29 / 25 Avqust 2026
73
21:14 / 25 Avqust 2026
76
20:56 / 25 Avqust 2026
78
20:29 / 25 Avqust 2026
92
20:09 / 25 Avqust 2026
72
20:01 / 25 Avqust 2026
83
19:56 / 25 Avqust 2026
78
19:22 / 25 Avqust 2026
68
19:18 / 25 Avqust 2026
76
18:59 / 25 Avqust 2026
87
18:49 / 25 Avqust 2026
81
18:31 / 25 Avqust 2026
69
18:23 / 25 Avqust 2026
86
18:10 / 25 Avqust 2026
72
17:59 / 25 Avqust 2026
85
17:45 / 25 Avqust 2026
87
17:39 / 25 Avqust 2026
100
17:34 / 25 Avqust 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.