Türkiyənin iki vilayətində zəlzələ olub
25 Avqust 2026, 23:47
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
836
09.02.2025, 22:02
Amerikalı milyarder İlon Mask dövlət tərəfindən maliyyələşdirilən “Amerikanın Səsi” (Voice of America) və “Azadlıq Radiosu” (Radio Free Europe/Radio Liberty) media layihələrinin bağlanmasını dəstəkləyib.
OXU24.COM xəbər verir ki, o, ABŞ-nin keçmiş Milli Kəşfiyyat direktoru Rik Qrenellin bu mətbu orqanları “keçmişin qalığı” və “ultrasol aktivistlərlə dolu” adlandırdığı paylaşımı repost edərək fikrini bildirib.
“Bəli, onları bağlayın”, – Mask yazıb və əlavə edib ki, Avropa artıq azaddır, bu KİV-i heç kim dinləmir və onlar “amerikalı vergiödəyicilərinin cibindən ildə 1 milyard dollar yeyirlər”.
Qrenell “Amerikanın Səsi” və “Azadlıq Radiosu”nu qərəzlilikdə ittiham edərək bu media platformaların radikal solçuların meydanına çevrildiyini iddia edib. Bu KİV-in maliyyələşdirilməsinin məqsədəuyğunluğu məsələsi artıq ABŞ-nin mühafizəkar dairələrində qaldırılsa da, indi o, dünyanın ən nüfuzlu sahibkarlarından birinin dəstəyini alıb.
Qeyd edək ki, Qrenell mühafizəkar və trampizm tərəfdarıdır, antiimmiqrasiya, antiqlobalist və antiliberal görüşləri ilə tanınır. O, diplomatik vəzifələrdə və ictimai bəyanatlarda liberal hökumətləri, bürokratiyanı və beynəlxalq qurumları fəal şəkildə tənqid edərək, daha sərt xarici siyasətdən yana çıxış edir.
23:47 / 25 Avqust 2026
126
23:01 / 25 Avqust 2026
166
22:30 / 25 Avqust 2026
163
22:26 / 25 Avqust 2026
69
21:47 / 25 Avqust 2026
67
21:29 / 25 Avqust 2026
73
21:14 / 25 Avqust 2026
76
20:56 / 25 Avqust 2026
78
20:29 / 25 Avqust 2026
92
20:09 / 25 Avqust 2026
72
20:01 / 25 Avqust 2026
83
19:56 / 25 Avqust 2026
78
19:22 / 25 Avqust 2026
68
19:18 / 25 Avqust 2026
76
18:59 / 25 Avqust 2026
87
18:49 / 25 Avqust 2026
81
18:31 / 25 Avqust 2026
69
18:23 / 25 Avqust 2026
86
18:10 / 25 Avqust 2026
72
17:59 / 25 Avqust 2026
85
17:45 / 25 Avqust 2026
87
17:39 / 25 Avqust 2026
100
17:34 / 25 Avqust 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.