Türkiyənin iki vilayətində zəlzələ olub
25 Avqust 2026, 23:47
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
852
09.02.2025, 13:51
Türkiyə hakimiyyəti bundan sonra da yerli universitetlərin xaricdə filiallarını, fakultələrini və ayrıca akademik proqramlarını açmağı planlaşdırır.
OXU24.COM xəbər verir ki, bu barədə Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın şuranın saytında dərc olunan bəyanatında bildirilib.
Qeyd edilib ki, Azərbaycan və Özbəkistandan sonra bu cür təşəbbüslər Yaxın Şərq, Afrika və bir sıra Mərkəzi Asiya ölkələrində həyata keçiriləcək.
Xarici proqramlar çərçivəsində əsas üstünlük texnologiya sahəsinə, mühəndisliyə, tibb və dəqiq elmlərə veriləcək.
“Bu ali təhsil ocaqlarının məzunları gələcəkdə Türkiyənin özünün ali təhsilinin və sənayesinin inkişafına da töhfə verəcəklər”, - deyə sədr qeyd edib.
YÖK rəhbəri həmçinin, Türkiyə universitetlərinə xarici tələbələrin cəlb edilməsi istiqamətində qarşıda dayanan hədəflərdən də danışıb.
Onun sözlərinə görə, bu gün Türkiyə xarici tələbələrin sayına görə dünyada 8-ci yerdədir.
“Xarici tələbələrin Türkiyə ali təhsil ocaqlarındakı sayı hazırda 350 min nəfərə yaxındır. Hədəfimiz xarici tələbə sayısının 500 minə qədər çıxarmaqdır. Bu, ölkəmizin payına düşən qlobal tələbə sayının həcmini 6,25 faizə çatdırmağa imkan verəcək”, - Erol Özvar diqqətə çatdırıb.
O, Türkiyənin 2024-2028-ci illəri əhatə edən Beynəlxalq Ali Təhsil Strategiyasının hədəflərinə diqqət çəkib. Belə ki, bu hədəflər çərçivəsində dünyada bütün Türkiyə alim və ali təhsil müəllimlərinin siyahısının hazırlanmasının nəzərdə tutulduğu vurğulanıb.
23:47 / 25 Avqust 2026
126
23:01 / 25 Avqust 2026
166
22:30 / 25 Avqust 2026
163
22:26 / 25 Avqust 2026
69
21:47 / 25 Avqust 2026
67
21:29 / 25 Avqust 2026
73
21:14 / 25 Avqust 2026
76
20:56 / 25 Avqust 2026
78
20:29 / 25 Avqust 2026
92
20:09 / 25 Avqust 2026
72
20:01 / 25 Avqust 2026
83
19:56 / 25 Avqust 2026
78
19:22 / 25 Avqust 2026
68
19:18 / 25 Avqust 2026
76
18:59 / 25 Avqust 2026
87
18:49 / 25 Avqust 2026
81
18:31 / 25 Avqust 2026
69
18:23 / 25 Avqust 2026
86
18:10 / 25 Avqust 2026
72
17:59 / 25 Avqust 2026
85
17:45 / 25 Avqust 2026
87
17:39 / 25 Avqust 2026
100
17:34 / 25 Avqust 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.