Qaynar xətt:

(+99450) 247 90 86

Dövlət Baxçalının ürək qapağı dəyişdirildi

DÜNYA

205

06.02.2025, 23:19

Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının 10 il əvvəl dəyişdirilən ürək qapağında degenerasiya aşkarlanıb.

OXU24.COM xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 6 fevral tarixində mövcud qapaq invaziv yolla dəyişdirilib:

"Onun sağlamlıq vəziyyəti son dərəcə yaxşıdır. Qısa müddətdə xəstəxanada müalicə prosesi başa çatacaq və gündəlik həyatına qayıdacaq".