Türkiyənin iki vilayətində zəlzələ olub
25 Avqust 2026, 23:47
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
916
06.02.2025, 17:19
Özbəkistan hökuməti və İsveçrə Federal Şurası keçmiş prezident İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın müsadirə edilmiş aktivlərindən 182 milyon dollara yaxın vəsaitin qaytarılmasını nəzərdə tutan “Müsadirə olunmuş aktivlərin bölüşdürülməsinə dair saziş” imzalayıb.
Oxu24.com xəbər verir ki, bu barədə Özbəkistan Ədliyyə Nazirliyi məlumat yayıb.
Sənədi Özbəkistanın ədliyyə naziri Əkbər Taşkulov və İsveçrənin Daşkənddəki səfiri Konstantin Obolenski imzalayıblar.
“Razılaşma çərçivəsində 182 milyon ABŞ dolları Özbəkistana qaytarılacaq. Sözügedən vəsaitlər Özbəkistan Respublikasının ayrı-ayrı vətəndaşları tərəfindən qanunsuz olaraq əldə edilib və 2012-ci ildə İsveçrə Baş Prokurorluğu tərəfindən Kərimovaya qarşı qaldırılmış cinayət işi çərçivəsində tamamilə müsadirə edilib”, - məlumatda deyilir.
Özbəkistan Ədliyyə Nazirliyindən verilən məlumata görə, vəsait BMT-nin Özbəkistan Baxışı 2030 Çoxtərəfli Etimad Fondu vasitəsilə qaytarılacaq.
Fond 2022-ci ildə Gülnarə Kərimovanın İsveçrədə cinayət işi zamanı müsadirə olunmuş aktivlərinin qaytarılması üçün yaradılıb. 2024-cü ilin avqustunda Özbəkistan və İsveçrə fond vasitəsilə 131 milyon dolların qaytarılmasına dair saziş imzalayıblar. Yeni sazişin imzalanması ilə Özbəkistan xalqının xeyrinə qaytarılan vəsaitin ümumi həcmi 313 milyon dollara çatacaq.
“Uzbekistan Vision 2030” proqramı vasitəsilə geri qaytarılan vəsait Özbəkistan əhalisinin rifahı üçün, xüsusən də səhiyyə və təhsil sahələrində sosial əhəmiyyətli layihələrin həyata keçirilməsinə sərf olunacaq.
2015-ci ilin avqustunda Kərimova hədə-qorxu ilə pul tələb etməkdə və vergidən yayınmaqda, 2017-ci il dekabrın 18-də isə başqa bir iş üzrə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci ilin martında Daşkənd Şəhər Cinayət Məhkəməsi cinayət birliyi yaratmaq, hədə-qorxu ilə tələb etmə və oğurluq maddələri ilə bağlı cinayət işi üzrə onun cəzasını 13 il 4 aya qədər artırıb.
Miri
23:47 / 25 Avqust 2026
126
23:01 / 25 Avqust 2026
166
22:30 / 25 Avqust 2026
163
22:26 / 25 Avqust 2026
69
21:47 / 25 Avqust 2026
67
21:29 / 25 Avqust 2026
73
21:14 / 25 Avqust 2026
76
20:56 / 25 Avqust 2026
78
20:29 / 25 Avqust 2026
92
20:09 / 25 Avqust 2026
72
20:01 / 25 Avqust 2026
83
19:56 / 25 Avqust 2026
78
19:22 / 25 Avqust 2026
68
19:18 / 25 Avqust 2026
76
18:59 / 25 Avqust 2026
87
18:49 / 25 Avqust 2026
81
18:31 / 25 Avqust 2026
69
18:23 / 25 Avqust 2026
86
18:10 / 25 Avqust 2026
72
17:59 / 25 Avqust 2026
85
17:45 / 25 Avqust 2026
87
17:39 / 25 Avqust 2026
100
17:34 / 25 Avqust 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.