Qaynar xətt:

(+99450) 247 90 86

Britaniyanın XİN rəhbəri yeni yardımı açıqlamaq üçün Kiyevə getdi

DÜNYA

161

05.02.2025, 14:38

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi fevralın 5-də Ukraynaya gedib. 

 Oxu24.com  xəbər verir ki, bu barədə Ukraynanın Britaniyadakı səfiri Valeri Zalujnı açıqlayıb. 

Məlumata görə, XİN rəhbəri Ukraynaya yeni yardımı elan edəcək

Bu, Lemminin 2024-cü ilin iyulunda Böyük Britaniyanın Xarici İşlər Naziri vəzifəsinə təyin olunmasından sonra Ukraynaya ikinci səfəridir. Səfər zamanı o, prezident Volodimir Zelenski və digər hökumət rəsmiləri ilə görüşəcək.

Britaniya hökumətinin verdiyi məlumata görə, Lemmi daha 55 milyon funt-sterlinq (təxminən 68,7 milyon dollar) maliyyə dəstəyi ayrılacağını elan edəcək.