Okeanlarda temperatur rekord həddə çatdı - Xəbərdarlıq
26 Avqust 2026, 11:27
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
388
31.01.2025, 19:52
BBC xəbər verir ki, Norveç polisi ölkədə qeydiyyatda olan və ekipajı Rusiya vətəndaşlarının olduğu Silver Dania gəmisini həbs edib.
Norveç hakimiyyət orqanları Baltik dənizində Latviya ilə İsveç arasında fiber-optik kabelin zədələnməsində gəminin iştirak edib-etmədiyini araşdırır. Norveçin şimalındakı Tromso şəhərinin polisi bildirib ki, həbs Latviya hakimiyyətinin tələbi ilə həyata keçirilib.
Norveç şirkətinə məxsus olan və Norveç bayrağı altında üzən Silver Dania gəmisi Sankt-Peterburqdan Murmansk istiqamətində hərəkət edirdi. Norveçin Barents Observer nəşrinə görə, Silver Dania donanması “rus tərəfdaşları ilə sıx əməkdaşlıq edən” Fjord Shipping şirkətinə məxsusdur.
Bazar günü Latviyanın Venspils şəhərindən İsveçin Qotland adasına gedən rabitə kabeli zədələnib. Hadisədən dərhal sonra İsveç hakimiyyəti Maltada qeydiyyatda olan və Bolqarıstanın Navigation Maritime Bulgare şirkətinin donanmasına daxil olan “Vezhen” quru yük gəmisini saxlayıb. “Reuters” “MarineTraffic” saytına istinadən xəbər verir ki, gəmi bir neçə başqa gəmi ilə birlikdə kabelin zədələndiyi ərazidə olub.
Bu, son vaxtlar Baltik dənizində sualtı kabellərin zədələnməsi ilə bağlı artıq dördüncü haldır.
Nigar
14:45 / 26 Avqust 2026
3
14:42 / 26 Avqust 2026
1
14:40 / 26 Avqust 2026
11
14:30 / 26 Avqust 2026
32
14:15 / 26 Avqust 2026
41
13:58 / 26 Avqust 2026
53
13:55 / 26 Avqust 2026
52
13:33 / 26 Avqust 2026
70
13:15 / 26 Avqust 2026
60
12:55 / 26 Avqust 2026
59
12:35 / 26 Avqust 2026
65
12:21 / 26 Avqust 2026
68
12:14 / 26 Avqust 2026
64
12:09 / 26 Avqust 2026
71
12:05 / 26 Avqust 2026
68
12:01 / 26 Avqust 2026
324
11:59 / 26 Avqust 2026
70
11:45 / 26 Avqust 2026
66
11:27 / 26 Avqust 2026
79
11:25 / 26 Avqust 2026
71
11:20 / 26 Avqust 2026
70
11:18 / 26 Avqust 2026
557
11:09 / 26 Avqust 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.