Okeanlarda temperatur rekord həddə çatdı - Xəbərdarlıq
26 Avqust 2026, 11:27
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1130
31.01.2025, 19:39
Aktivlərinə görə ABŞ-ın ilk 10-luğundan biri olan Amerika bankı Goldman Sachs 16 ildən çox işlədiyi Rusiya bazarını tərk edir.
Oxu24.com xəbər verir ki,“The Moscow Times” yazır ki, Goldman Sachs Bank-ın Rusiyadakı törəməsi biznesi Balçuq Kapital fonduna satmaq barədə razılığa gəlib və Rusiya hakimiyyət orqanlarından əməliyyat üçün icazə alıb.
Prezident Vladimir Putinin müvafiq sərəncamı hüquqi informasiya portalında dərc olunub.
2008-ci ildə Rusiyada fəaliyyətə başlayan "Goldman Sachs Bank" fiziki şəxslərə xidmət göstərmirdi və xaricdən investorların pulunu cəlb edərək birjada investisiyalarla məşğul olurdu.
Rusiya Ukraynanı işğal etdikdən sonra Goldman Sachs üç il ərzində Rusiyadakı əməliyyatlarını dayandırmaq planlarını açıqladı, bankdakı korporativ hesablar praktiki olaraq sıfırlandı və xalis aktivlər demək olar ki, 80% azaldı.
Buna baxmayaraq, keçən il Goldman Sachs Bank 551 milyon rubl mənfəət əldə edib və 5,1 milyard rubl aktivlərini, həmçinin 3,5 milyard rubl kapitalını saxlayıb.
SSRİ-nin dağılmasından sonra Rusiyaya ilk gələnlərdən biri olan Hollandiyanın ən böyük bankı olan ING-nin də Rusiyanı tərk edəcəyi daha əvvəl bildirilmişdi. Yanvarın 28-də bank Rusiya biznesini adı açıqlanmayan “Moskvalı maliyyə investoru”na satmaq barədə razılığa gəldiyini elan etdi. Müqavilənin üçüncü rübdə bağlanacağı gözlənilir.
Nigar
14:45 / 26 Avqust 2026
3
14:42 / 26 Avqust 2026
1
14:40 / 26 Avqust 2026
11
14:30 / 26 Avqust 2026
32
14:15 / 26 Avqust 2026
41
13:58 / 26 Avqust 2026
53
13:55 / 26 Avqust 2026
52
13:33 / 26 Avqust 2026
70
13:15 / 26 Avqust 2026
60
12:55 / 26 Avqust 2026
59
12:35 / 26 Avqust 2026
65
12:21 / 26 Avqust 2026
68
12:14 / 26 Avqust 2026
64
12:09 / 26 Avqust 2026
71
12:05 / 26 Avqust 2026
68
12:01 / 26 Avqust 2026
324
11:59 / 26 Avqust 2026
70
11:45 / 26 Avqust 2026
66
11:27 / 26 Avqust 2026
79
11:25 / 26 Avqust 2026
71
11:20 / 26 Avqust 2026
70
11:18 / 26 Avqust 2026
557
11:09 / 26 Avqust 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.