Rusiya Ukraynanın infrastrukturuna ballistik raketlərlə kütləvi zərbə endirib
20 Noyabr 2026, 11:20
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
583
23.01.2025, 19:30
ABŞ Prezidenti Donald Tramp və onun milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts Milli Təhlükəsizlik Şurasında (MTŞ) genişmiqyaslı islahatlara start verərək təxminən 160 əməkdaşı müvəqqəti olaraq işdən kənarlaşdırıb.
OXU24.COM "Associated Press"ə istinadən xəbər verir ki, bu əməkdaşlar kadr yoxlamalarının nəticələrini gözlədikləri müddətdə distant rejimdə çalışacaqlar. Ağ Evin MTŞ üzrə rəsmi nümayəndəsi Brayan Hyuz bu addımın məqsədinin Prezident Trampın "America First" siyasətinə tam sadiqliyi təmin etmək və vergiödəyicilərinin vəsaitlərindən daha səmərəli istifadəni hədəflədiyini bildirib.
İslahat çərçivəsində əməkdaşların öz baza agentliklərinə qaytarılması planlaşdırılır ki, bu da MTŞ-nin daha çevik və səmərəli strukturunun formalaşdırılmasına xidmət edir. Proses əsasən Dövlət Departamenti, FTB və MKİ-dən müvəqqəti olaraq MTŞ-yə cəlb olunan və bir-iki il çalışan mütəxəssislərə şamil ediləcək.
"Associated Press" xəbərdarlıq edir ki, bu ixtisarlar MTŞ-nin ekspert potensialını zəiflədə və Yaxın Şərq, eləcə də Rusiya-Ukrayna münaqişəsi kimi mürəkkəb xarici siyasət məsələlərinin həllinə mənfi təsir göstərə bilər.
13:17 / 20 Noyabr 2026
8
13:13 / 20 Noyabr 2026
16
13:08 / 20 Noyabr 2026
100
13:06 / 20 Noyabr 2026
41
13:01 / 20 Noyabr 2026
45
13:00 / 20 Noyabr 2026
63
12:52 / 20 Noyabr 2026
67
12:50 / 20 Noyabr 2026
53
12:48 / 20 Noyabr 2026
62
12:47 / 20 Noyabr 2026
142
12:37 / 20 Noyabr 2026
69
12:30 / 20 Noyabr 2026
63
12:23 / 20 Noyabr 2026
196
12:11 / 20 Noyabr 2026
75
11:43 / 20 Noyabr 2026
97
11:42 / 20 Noyabr 2026
191
11:36 / 20 Noyabr 2026
93
11:20 / 20 Noyabr 2026
121
11:05 / 20 Noyabr 2026
38
11:05 / 20 Noyabr 2026
95
11:03 / 20 Noyabr 2026
114
11:01 / 20 Noyabr 2026
114
10:49 / 20 Noyabr 2026
143
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.