Bitkoinin qiyməti artıb
28 Avqust 2026, 23:28
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
503
16.12.2024, 12:54
Gürcüstanın yeni seçilmiş prezidenti Mixail Kavelaşvili deyib ki, ona bu vəzifəni “Gürcü arzusu” partiyasının təsisçisi və onun fəxri sədri Bidzina İvanişvili və baş nazir İrakli Kobaxidze təklif edib.
Oxu24.com xəbər verir ki, bu barədə o, “İmedi” telekanalına eksklüziv müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu təklif onun üçün sürpriz olub: "Bu yükün öhdəsindən nə qədər gələ biləcəyimi təhlil etmək üçün mənə bir neçə gün vaxt verdilər. Həmin günlərdə siyasi şura üzvləri ilə məsləhətləşmələr aparıldı və onların dəstəyi məni razılığa gəlməyə sövq etdi. Komanda prezident institutunu konstitusiya meydanına qaytaracaq şəxs olacağıma inanırdı. Bu mənim üçün böyük şərəfdir, bir daha cənab Bidzina İvanişviliyə və bütün komandaya mənə belə dəstək verdiyinə görə təşəkkür edirəm".
Yeni seçilmiş prezidentin sözlərinə görə, son illər onun çıxışları ictimaiyyətə bir qədər kobud görünsə də, bütün bunlar hazırkı vəziyyət və komandanın üzləşdiyi problemlərlə bağlı olub: "Biz olduğu kimi Avropa Birliyinə üzv olmaq istəyirik, inteqrasiyadan əl çəkmirik. Gürcüstan hakimiyyəti istənilən məsələnin müzakirəsinə açıqdır, lakin Qərb tərəfindən müzakirə aparmaq üçün qarşılıqlı istək yoxdur, sadəcə tənqid var".
O, həmçinin bildirib ki, Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili hökumətin siyasəti ilə razılaşmasa, istefa verməli idi.
Gürcüstanın altıncı prezidentinin andiçmə mərasimi dekabrın 29-da baş tutacaq. Eyni zamanda, ölkənin hazırkı lideri Salome Zurabişvili prezident iqamətgahını tərk etməkdən imtina edir. Prezident sosial şəbəkədəki səhifəsində yazıb: "Görəcəyik ki, kim gedəcək".
Gürcüstan prezidenti Salome Zurabişvilinin səlahiyyət müddəti dekabrın 16-da başa çatır.
23:54 / 28 Avqust 2026
116
23:28 / 28 Avqust 2026
101
23:11 / 28 Avqust 2026
86
22:56 / 28 Avqust 2026
110
22:32 / 28 Avqust 2026
116
22:12 / 28 Avqust 2026
101
21:45 / 28 Avqust 2026
77
21:09 / 28 Avqust 2026
118
20:50 / 28 Avqust 2026
132
20:40 / 28 Avqust 2026
153
20:07 / 28 Avqust 2026
106
19:53 / 28 Avqust 2026
124
19:29 / 28 Avqust 2026
96
19:26 / 28 Avqust 2026
400
19:16 / 28 Avqust 2026
566
19:09 / 28 Avqust 2026
96
18:47 / 28 Avqust 2026
103
18:30 / 28 Avqust 2026
105
18:21 / 28 Avqust 2026
770
18:10 / 28 Avqust 2026
85
18:00 / 28 Avqust 2026
88
17:59 / 28 Avqust 2026
117
17:40 / 28 Avqust 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.