Sensasion xəbər var, ABŞ prezidenti o olacaq - Tramp
21 Noyabr 2026, 11:27
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
611
16.12.2024, 17:30
Birləşmiş Ştatlar və Böyük Britaniya qiyamçı husilərin Ənsar Allah hərəkatının nəzarətində olan Yəmənin Həccə əyalətinə hücum edib.
Oxu24.com xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.
“Yəmən qüvvələrinin Qırmızı dənizdə İsraillə əlaqəli gəmilərə qarşı dəniz əməliyyatlarını davam etdirməsi ilə əlaqədar ABŞ və Britaniya Yəmənin şimalındakı Həccə əyalətinə hücumları bərpa edib”, - nəşr yazıb.
Telekanalın məlumatına görə, koalisiya qüvvələri Qırmızı dəniz sahillərində yerləşən Midi bölgəsinin Buheis kəndinə hava hücumu həyata keçirib.
Əl-Ərəbiyyə telekanalı mənbələri zərbələrin husilərin hərbi obyektlərinə endirildiyini qeyd edib. Təsirin nəticələri barədə məlumat verilmir.
Dekabrın 9-da Kan dövlət televiziya və radio şirkəti yüksək rütbəli İsrail rəsmisinə istinadən xəbər verib ki, İsrail hərbi-siyasi rəhbərliyi Yəmənə əvvəlkilərdən daha güclü olacaq yeni zərbə endirmək imkanını nəzərdən keçirir. Bildirilib ki, yeni zərbənin hədəfi yəhudi dövlətinin ərazisini atəşə tutmaqda davam edən Yəmənin Ənsar Allah hərəkatının üzvləridir.
Qəzza zolağında İsrail və radikal Fələstinin HƏMAS hərəkatı arasında müharibənin fonunda, Yəmən husi üsyançıları ötən il oktyabrın əvvəlində Qırmızı dənizdə ticarət və hərbi gəmilərə hücuma başlayıblar. Bu məqsədlər üçün pilotsuz təyyarələr və raketlərdən istifadə olunur.
Nigar
14:35 / 21 Noyabr 2026
21
14:28 / 21 Noyabr 2026
32
14:20 / 21 Noyabr 2026
53
14:19 / 21 Noyabr 2026
46
14:05 / 21 Noyabr 2026
68
14:00 / 21 Noyabr 2026
87
13:34 / 21 Noyabr 2026
121
12:58 / 21 Noyabr 2026
516
12:46 / 21 Noyabr 2026
1534
12:08 / 21 Noyabr 2026
210
11:54 / 21 Noyabr 2026
111
11:50 / 21 Noyabr 2026
140
11:41 / 21 Noyabr 2026
121
11:28 / 21 Noyabr 2026
1605
11:27 / 21 Noyabr 2026
166
11:24 / 21 Noyabr 2026
123
11:16 / 21 Noyabr 2026
117
11:07 / 21 Noyabr 2026
152
11:00 / 21 Noyabr 2026
1494
10:58 / 21 Noyabr 2026
140
10:33 / 21 Noyabr 2026
139
10:28 / 21 Noyabr 2026
166
10:27 / 21 Noyabr 2026
163
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.