Qaynar xətt:

(+99450) 247 90 86

Zaxarova erməni jurnalisti susdurdu: “Xankəndi Azərbaycandır”

Zaxarova erməni jurnalisti susdurdu: “Xankəndi Azərbaycandır”

DÜNYA

246

16.10.2024, 23:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xankəndi Azərbaycan ərazisidir və orada bu ölkənin qanunları işləyir.

OXU24.COM xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

Erməni jurnalistin guya Azərbaycanın Xankəndidə kütləvi şəkildə yaşayış binalarını, XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid yaşayış kvartallarını sökməsi ilə bağlı təxribatçı sualına Zaxarova belə cavab verib:

“Başa düşdüyüm qədər, söhbət Azərbaycan ərazisindən gedir. Orada bu ölkənin qanunları işləyir”.