Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistanın xarici işlər naziri Türkiyəyə gedəcək

Ermənistanın xarici işlər naziri Türkiyəyə gedəcək

DÜNYA

178

15.10.2024, 16:45

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İstanbulda keçiriləcək “3+3” regional platformasının üçüncü iclasında iştirak edəcək. 

Oxu24.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyənin “3+3” formatına (Ermənistan, Azərbaycan, Gürcüstan, Rusiya, İran, Türkiyə) istinad edərək Cənubi Qafqaz regional əməkdaşlıq platforması vasitəsilə region ölkələri ilə məsləhətləşmələri davam etdirdiyini bildirib.

“3+3” formatında əvvəlki görüş Tehranda keçirilib.