Tramp İrana zərbələrin bərpasını nəzərdən keçirir
22 Noyabr 2026, 23:26
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
225
14.10.2024, 16:09
Britaniya İranın Kosmik Agentliyinin rəhbərinə və ölkənin bir neçə generalına qarşı sanksiyalar tətbiq edib.
Oxu24.com xəbər verir ki, bu barədə TASS Böyük Britaniya hökumətinin saytına istinadən məlumat yayıb.
İran Silahlı Qüvvələrinin baş komandanı general-leytenant Əbdülrəhim Musəvinin, briqada generalı Məhəmməd Hüseyn Dadrasın, İran Hərbi Hava Qüvvələrinin komandanı Həmid Vahidinin, İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat xidmətinin rəhbəri Məhəmməd Kazeminin,kontr-admiral Həbibullah Səyyari və briqada generalı Əli-Məhəmməd Naininin aktivləri dondurulub. Onların Böyük Britaniyaya girişi də qadağan edilib.
Bundan əvvəl Britaniya Müdafiə Nazirliyi İranın İsrailə raket hücumunun dəf edilməsində iştirak etdiklərini bildirmişdi.
Oktyabrın 1-i axşam saatlarında İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti İranın yəhudi dövlətinə kütləvi raket hücumuna başladığını elan edib. Jurnalistlər bunun fonunda bütün ölkə ərazisində hava hücumu xəbərdarlığının elan edildiyini bildiriblər.
“The Jerusalem Post” qəzetinin yazdığına görə, atışma zamanı İran tərəfi İsrail ərazisinə 400-ə yaxın raket zərbəsi endirib. Hücumun hədəflərindən biri də Təl-Əviv şəhəri olub.
İsrail İranın raket hücumuna cavab verəcəyini vəd edib. İsrail ordusunun sözçüsü Daniel Hagari deyib ki, hakimiyyət öz vətəndaşlarını qoruyacaq. O, atışmanın nəticələrinin olacağını və İsrail ordusunun bununla bağlı planlarının olduğunu vurğulayıb.
Bundan əvvəl Böyük Britaniya Xarici İşlər Nazirliyi Rusiya Federasiyasına raket tədarükü ilə bağlı İranın müvəqqəti işlər vəkilini çağırıb.
Miri
00:24 / 23 Noyabr 2026
1
00:11 / 23 Noyabr 2026
55
23:56 / 22 Noyabr 2026
65
23:43 / 22 Noyabr 2026
239
23:28 / 22 Noyabr 2026
245
23:26 / 22 Noyabr 2026
89
22:59 / 22 Noyabr 2026
345
22:36 / 22 Noyabr 2026
130
22:08 / 22 Noyabr 2026
911
21:14 / 22 Noyabr 2026
155
21:06 / 22 Noyabr 2026
163
20:56 / 22 Noyabr 2026
1477
20:30 / 22 Noyabr 2026
508
19:33 / 22 Noyabr 2026
1078
19:20 / 22 Noyabr 2026
163
19:05 / 22 Noyabr 2026
1395
18:54 / 22 Noyabr 2026
149
18:49 / 22 Noyabr 2026
186
18:21 / 22 Noyabr 2026
479
18:16 / 22 Noyabr 2026
224
18:02 / 22 Noyabr 2026
186
17:59 / 22 Noyabr 2026
176
16:38 / 22 Noyabr 2026
238
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.