Qaynar xətt:

(+99450) 247 90 86

Livandan İsrailə 100-ə yaxın raket atıldı


Livandan İsrailə 100-ə yaxın raket atıldı

DÜNYA

302

12.10.2024, 15:30

Bir saatdan az müddətdə Livandan İsrailin şimalına 100-ə yaxın raket atılıb.

OXU24.COM  "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

İsrailin şimalında, o cümlədən bütün Qaliley, Hayfa körfəzi əraziləri və İzreel vadisində hava hücumu sirenləri səslənib.

“İki yaylım atəşi nəticəsində Livan ərazisindən atılan 20 və 80-ə yaxın mərmi qeydə alınıb. Onların bəziləri məhv edilib. Düşmüş mərmilər də tapılıb”, - məlumatda deyilir.

Zərərçəkənlər barədə məlumat yoxdur.