Tramp İrana zərbələrin bərpasını nəzərdən keçirir
22 Noyabr 2026, 23:26
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
227
11.10.2024, 20:58
Yaponiyanın Rusiyadakı səfirliyi Tokionun Rusiya sərhədlərinə yaxın ərazilərdə ABŞ-la birgə təlimlər keçirmək planları ilə bağlı etiraz edib.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sentyabrın 26-da Yaponiyanın ABŞ-la birlikdə 45 min əsgərin iştirak edəcəyi Keen Sword-25 ilə genişmiqyaslı hərbi təlimlər keçirəcəyi məlum olub. Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərdə özünümüdafiə qüvvələrinin, eləcə də ABŞ silahlı qüvvələrinin hərbi bazalarından istifadə olunacaq. Bundan əlavə, təlimdə mülki hava limanları və limanlar da iştirak edəcək.
Yaponiya Müdafiə Nazirliyi hansı mülki obyektlərin müzakirə olunduğunu açıqlamır. Amma “müəyyən təyinatlı hava limanları və limanlar” haqqında əvvəllər qəbul edilmiş hökumət qərarlarına əsasən, söhbət 28 mülki infrastruktur obyektindən gedir. Bildirilib ki, zərurət yaranarsa, onlardan hərbi məqsədlər və təxliyə üçün istifadə oluna bilər.
Oktyabrın 11-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Yaponiyanın remilitarizasiyasından narahatdır.
Bundan əvvəl Yaponiya ABŞ-ın nüvə silahlarının Asiyada yerləşdirilməsi məsələsini müzakirə etməyə çağırıb.
Miri
00:24 / 23 Noyabr 2026
101
00:11 / 23 Noyabr 2026
112
23:56 / 22 Noyabr 2026
101
23:43 / 22 Noyabr 2026
374
23:28 / 22 Noyabr 2026
362
23:26 / 22 Noyabr 2026
120
22:59 / 22 Noyabr 2026
414
22:36 / 22 Noyabr 2026
145
22:08 / 22 Noyabr 2026
994
21:14 / 22 Noyabr 2026
165
21:06 / 22 Noyabr 2026
171
20:56 / 22 Noyabr 2026
1551
20:30 / 22 Noyabr 2026
525
19:33 / 22 Noyabr 2026
1099
19:20 / 22 Noyabr 2026
169
19:05 / 22 Noyabr 2026
1426
18:54 / 22 Noyabr 2026
154
18:49 / 22 Noyabr 2026
193
18:21 / 22 Noyabr 2026
490
18:16 / 22 Noyabr 2026
228
18:02 / 22 Noyabr 2026
188
17:59 / 22 Noyabr 2026
179
16:38 / 22 Noyabr 2026
242
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.