Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada sərxoş qız 14 yaşlı məktəblini döyüb

Rusiyada sərxoş qız 14 yaşlı məktəblini döyüb

DÜNYA

291

09.10.2024, 21:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın Tver vilayətində sərxoş halda 14 yaşlı məktəblini döyən qıza hökm oxunub.

Oxu24.com xəbər verir   ki,bu barədə Tveriqrad saytı məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə bu il iyulun 23-də Belyanitsı kəndində baş verib. Sərxoş qız heç bir səbəb olmadan yeniyetmə qızın boynunu əli ilə tutaraq ona hücum edib. Bundan sonra təcavüzkar məktəbli qızın sifətinə bir neçə yumruq və qarnına təpik vurub.

Məhkəmədə hadisəni törədən şəxs  öz günahını tamamilə etiraf edib. O, 200 saatlıq məcburi əmək cəzasına məhkum edilib.

Bundan əvvəl Sankt-Peterburqda naməlum şəxslər 12 yaşlı uşağı vəhşicəsinə döyüblər. Həkimlər uşağa qapalı kəllə-beyin travması və qansızma ilə beyin əzilməsi diaqnozu qoyublar. Zərərçəkmiş reanimasiya şöbəsinə yerləşdirilib.

 

Nigar