Qaynar xətt:

(+99450) 247 90 86

Qardaş 6 yaşlı bacısını qətlə yetirdi - FACİƏ

2019-04/1555262202_kirmi.jpg

DÜNYA

1039

14.04.2019, 21:16

\"\" ABŞ-da Mili Drev Keli adlı 6 yaşlı qız 4 yaşlı qardaşının silahdan açdığı atəşlə faciəli şəkildə vəfat edib. Bu barədə Metbuat.az xarici KİV-ə istinadən xəbər verir.
Hadisənin təfərrüatına gəlincə, Kortney Keli adlı qadın uşaqları ilə birgə marketə yollanarkən yolda maşın xarab olub. Anası maşını təmir etməyə çalışdığı bir zamanda 4 yaşlı oğlu avtomobildən tapdığı silahı atəşləyib. Dərhal xəstəxanaya aparılsa da, 6 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb. Ailə azyaşlının orqanlarını başqa həyatların xilas edilməsi üçün bağışlayıb. Prokurorluq sənədli olan silahla qeydə alınan ölüm faktı ilə bağlı cinayət işinin açılmayacağını bildirib.