Qaynar xətt:

(+99450) 247 90 86

Çin müəllimlərin və dövlət işçilərinin xaricə səyahətini məhdudlaşdırır

Çin müəllimlərin və dövlət işçilərinin xaricə səyahətini məhdudlaşdırır

DÜNYA

251

07.10.2024, 18:31

Çin hakimiyyəti dövlət işçiləri və müəllimlərin xaricə səyahət şərtlərini sərtləşdirib.

 

Oxu24.com xəbər verir ki,bu barədə Financial Times (FT) qəzeti Çin rəsmilərinə istinadən yazır.

 

Nəşrin məlumatına görə, 2023-cü ildə Covid qadağalarının son olaraq götürülməsindən qısa müddət sonra xaricə səyahətlər məhdudlaşdırılmağa başlayıb. Üç il əvvəl pandemiya başlayanda müəllimlərin və məmurların beynəlxalq pasportları götürüldü.

 

Məhdudiyyətlər hazırda məktəb və universitetlərdəki müəllimlərə, eləcə də yerli hökumət işçilərinə şamil edilir.

 

Belə ki, Vençjou qraflığının rayonlarından birinin təhsil bürosu müəllimlər üçün təlimat dərc edib ki, ona əsasən müəllimlər ildə bir dəfə və 20 gündən çox olmayan müddətdə ölkəni tərk edə bilərlər. Səyahət edənlərin “düşmən xarici qüvvələrlə”, o cümlədən qadağan olunmuş dini təşkilat Falun Qonqla təmasda olmamalı olduğu vurğulanır.

 

Bundan əvvəl ABŞ-ın Çini ömürlük həbsə məhkum edilmiş amerikalını həbsdən azad etməyə razı saldığı bildirilirdi.

 

Nigar