Qaynar xətt:

(+99450) 247 90 86

Baş nazir dünyaya çağırış etdi

Baş nazir dünyaya çağırış etdi

DÜNYA

377

06.10.2024, 15:38

Livanın baş naziri Nəcib Mikati İsraili atəşi dərhal dayandırmağa və BMT Təhlükəsizlik Şurasının 2006-cı ildə İkinci Livan müharibəsinə son qoymaq üçün qəbul edilmiş 1701 saylı qətnaməsini yerinə yetirməyə çağırıb.

O, İsrailə təzyiqİn vacibliyini vurğulayıb.

O, həmçinin ABŞ və Fransanın İsrail və "Hizbullah" arasında hərbi əməliyyatlarda müvəqqəti fasilə yaratmaq təşəbbüsünü dəstəklədiyini bildirib. Bundan əlavə, Mikati Fransa prezidenti Emmanuel Makronun ölkələrin Qəzza zolağında döyüşmək üçün istifadə etdiyi silah növlərini İsrailə verməkdən çəkinmələri ilə bağlı bəyanatlarını alqışlayıb.